Skip to main content

“Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2020”-nın 5-ci buraxılışı rəsmi olaraq təqdim edildi

29/03/2021

9 Mart 2021-ci il tarixində Avropa İttifaqının (Aİ) maliyyə yardımı ilə, COWI Belçika Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber), İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), İnvestBaku və AZPROMO ilə birgə əməkdaşlıqla “Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2020”-nin təqdimat vebinarını təşkil etdi.

Vebinar xüsusi qonaqların, cənab Mikayıl Cabbarov, Azərbaycanın İqtisadiyyat naziri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas, Avropa və Azərbaycandan olan digər tanınmış hökumət və biznes nümayəndələrinin iştirakı ilə baş tutdu.

Onun, beşinci nəşri, İtaliya-Azərbaycan Ticarət Palatası (İTAZERCOM) və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) tərəfindən digər Aİ təşkilatlarının əməkdaşlığı ilə chazırlanmışdır. Ardıcıl beşinci ildir ki həyata keçirilməsi, yalnız mövcud biznes mühitinin qiymətləndirilməsini deyil, həm də illər ərzindəki dəyişiklikləri və tendensiyaları izləmək üçün mükəmməl bir fürsət yaradır.

Hesabatın hazırkı beşinci buraxılışında, İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM) və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) digər Aİ təşkilatları ilə birlikdə COWİ Belçikanın və təcrübəli ekspertlərin iştirakı ilə birlikdə sorğuların həyata keçirilməsinə rəhbərlik ediblər. Bu ilki sorğuların nəticəsi Azərbaycanda fəaliyyət göstərən 22 Avropa ölkəsindən olan investorların 123 cavabı və 25 müsahibəsinə əsaslanır.

 “Aİ Biznes Mühiti Hesabatı 2020”-nin 5-ci buraxılışı Azərbaycandakı mövcud biznes mühitinin müstəqil qiymətləndirilməsini təmin edir və trendləri görməyə imkan verir. Ümid edirəm ki, Hesabat bizə Aİ-Azərbaycan münasibətlərinin gələcək inkişafının planlaşdırılmasında kömək etdiyi kimi Azərbaycan Hökumətin və ölkədə fəaliyyət göstərən və ya fəaliyyət göstərməyi planlaşdıran Aİ bizneslərinin işində faydalı olacaq.  Aİ bizneslərini Azərbaycana yenidən nəzər salmağa ve Bakını islahatlara daha da açıq olmaga çağırıram,” Aİ Azərbaycan Nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas bildirdi.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğuladı.

Nazir tərəflər arasında əlaqələrin artan dinamikası, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və geniş qanunvericilik bazasının əhəmiyyəti barədə məlumat verdi.

Bildirilib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2020-ci ildə ticarət dövriyyəsi 9,33 milyard ABŞ dolları təşkil edib. Son 8 ildə Aİ-nin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 20 milyard dollardan çoxdur.

Layihənin Qrup Lideri Bogdana Efe, iştirakçıları məlumatlandırmaq üçün paylaşdığı təqdimatda Hesabatın əsas rəqəmləri, nəticələri və ölkədəki Aİ bizneslərinin əsas problemlərini əks etdirməsindəki rolu, iqtisadi islahatların gedişatını izləmək, yerli biznes mühitinin daha da yaxşılaşdırılması və prioritetləri müəyyənləşdirmək məsələləri öz əksini tapmışdır.

Vebinarda Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri, Azərbaycan hökumətinin, Aİ Ticarət Palatalarının, Avropa və Azərbaycandan olan şirkətlər nümayəndələri iştirak etdilər.

Hesabatın elektron versiyasını göstərilən linkdən istifadə edərək yükləyə bilərsiniz – https://eeas.europa.eu/delegations/azerbaijan/94495/eu-business-climate-report-azerbaijan-2020_en

Təşəbbüs Aİ-Azərbaycan Biznes Forumu çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.