Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlimlər keçirilmişdir

17/10/2023

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in Təhsildə Keyfiyyət Təminatı Agentliyinə dəstək məqsədilə icra etdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 11-12 oktyabr 2023-cü il tarixlərində “Rəqəmsal media alətlərində marketinq kommunikasiyasının idarə edilməsi” mövzusunda təlimlər keçirilib.

Təlimlər rəqəmsal marketinq üzrə mütəxəssis Anar Rüstəmli tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 6 aidiyyəti əməkdaşı üçün keçirilib. Təlimlərdə sosial media və digər kommunikasiya kanallarından ictimaiyyətlə əlaqə yönümlü istifadə, sosial reputasiya və məsuliyyət, məzmun, operativlik, sosial mediada əsas performans meyarları və onların idarə edilməsi, rəqəmsal təhlükəsizlik, Məlumatların Qorunması üzrə Ümumi Qaydalar (GDPR), ictimai müraciətlər, texniki təhcizat və işıqlandırma haqqında məlumat verilib və real nümunələrə əsasən müzakirələr aparılıb.  

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.