Skip to main content

Avropa İttifaqı və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Vətəndaş Cəmiyyətləri üçün humanitar sahədə LAYİHƏ MÜSABİQƏSİ elan edir

18/10/2023

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün Azərbaycanda Layihə Müsabiqəsi elan edir.

Bu müsabiqə Azərbaycanda VCT-lər, yerli hakimiyyət orqanları və digər müvafiq maraqlı tərəflərlə tərəfdaşlıq və əməkdaşlıq çərçivəsində, VCT-lərin potensialını gücləndirərək böhranlardan və fövqəladə hallardan təsirlənən insanların ehtiyyacların azaldılmasına və  dolanışıq vasitələrinin yaxşılaşdırılmasına  töhfə vermək məqsədi daşıyır.

Layihə müsabiqəsi əhalinin ən həssas qruplarına, o cümlədən əlilliyi olan şəxslərə və məcburi köçkünlərə əsas yaşayış vasitələrinin və bərpa dəstəyinin təmin edilməsi, o cümlədən dolanışıq imkanlarına çıxışın yaxşılaşdırılması və benefisiarların sosial-iqtisadi  imkanlarının genişləndirilməsi sahəsində layihə fəaliyyətlərini icra etməkdə seçilmiş VCT-lərə dəstək göstərəcək. Dəstək dolanışıq vasitələri və bərpa yönümlü tədbirlər, o cümlədən dolanışıq iş vasitələrinin təmin edilməsi, resursların bərpa edilməsi, bacarıqların artırılması və karyera məsləhətləşməsi, eləcə də yeni gəlir gətirən fəaliyyətlər/mikro-sahibkarlıq subyektləri vasitəsilə yaşayış vasitələrinin şaxələndirilməsi formasında olacaq.

Bu proqram çərçivəsində layihələrin icrasının aşağıdakı nəticələri verəcəyi gözlənilir:

  1. Yerli inkişaf proseslərində icma əsaslı və yerli təşkilatların iştirakının artması;
  2. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında təkrarlana və ya genişləndirilə biləcək qabaqcıl təcrübələrin yaradılması;
  3. Yerli inkişaf gündəliyi çərçivəsində  çoxtərəfli tərəfdaşlıq və koalisiyaların  qurulması;
  4. VCT-lərin təşkilati mühitinin və daxili inkişafının formalaşdırılması, yaxud təkmilləşdirilməsi;
  5. İcmalar tərəfindən idarə olunan inklüziv və genderə həssas  təşəbbüslərin sayının artması.

Ərizəçilər öz layihə təkliflərini elektron qaydada təqdim etməlidirlər.

  • Müsabiqəyə müraciət haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz. (Qeyd edirik ki, müsabiqəyə müraciət 20 Oktyabr 2023-cü ildən etibarən mümkün olacaq)
  • Ərizələrin qəbulu üçün son müraciət tarixi – 8 Dekabr 2023-cü il.
  • Layihə müsabiqəsinin məlumatlandırma görüşü 20 oktyabr 2023-cü il, saat 11-də onlayn olaraq keçiriləcək.
  • Məlumatlandırma görüşünə QOŞUL.

Layihə müsabiqəsinin məlumatlandırma görüşü ilə bağlı yaranan sualları info@yourngo.org.az ünvanına göndərə bilərsiniz.