Skip to main content

Aİ maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində onlayn görüş keçirilib

18/03/2022

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində tibb müəssisələrində COVID-19 virus infeksiyasının yayılmasının qarşısının alınmasına dair sualların cavablandırılması məqsədilə onlayn görüş keçirilib. ÜST-nin mütəxəssisləri və yerli səhiyyə tərəfdaşlarının iştirak etdikləri görüşdə mövzuya dair yenilənmiş ÜST tövsiyələri diqqətə çatdırılıb və COVID-19 infeksiyasına yoluxma hallarında artım müşahidə edildiyi təqdirdə tibb müəssisələrində İnfeksiyanın Profilaktikası və Nəzarət (İPN) tədbirləri müzakirə edilib.

ÜST-nin İPN və xəstəliyin idarəolunması üzrə eksperti Cenifer Kollins qeyd edib ki, İPN planlaşdırılması prioritetləşdirilməli və tibb müəssisələrində COVID-19-a yoluxma hallarının gözlənilən artımını izləmək üçün bir sıra tədbirlər görülməlidir. ÜST-nin təlimatı yoluxma hallarında artım müəyyən edildikdən sonra 2-4 həftə ərzində yerinə yetirilməli olan fəaliyyət addımları üçün çərçivə təqdim edir və hər bir addımın idarə olunmasına kömək etmək üçün mövcud ÜST resurslarına istinadlarla müşayiət olunur.

Qeyd edək ki, bu görüş Azərbaycanda milli İPN sistemlərini gücləndirmək üçün yerli səhiyyə tərəfdaşlarına davamlı dəstəyin bir hissəsidir.