Skip to main content

VİDEOLAR

 

HEKAYƏLƏR


PAYLAŞIMLAR

1. Mari Sklodovska-Küri

O, fizika və kimya üzrə iki Nobel mükafatı alan ilk şəxs idi. Həyat yoldaşı ilə yanaşı polonium və radiumu kəşf etdi. Onun radioaktivlik üzrə apardığı tədqiqatlar cərrahiyyədəki rentgen şüalarının inkişafında mərkəzi yer tuturdu. 1996-cı ildən etibarən onun adına tədqiqat qrantları verməkdən şərəf duyuruq. İndiyə qədər 100.000-dən çox tədqiqatçı bu qrantlardan faydalanıb.

2. Simona Veyl

Avropa Parlamentinin ilk qadın prezidenti və bu vəzifəyə birbaşa seçilən ilk qadın idi. O, abortu leqallaşdıran, qadınların və məhkumların həyat şəraitini yaxşılaşdıran şəxs kimi tanınan fransız vəkil, siyasətçi və feminist idi. O, həm də bütün Avropada Avropa dəyərlərinə və birliyinə sadiqliyi ilə tanınır.

3. Nicole Fontaine

O, 1999-2002-ci illərdə Avropa Parlamentinin ikinci qadın prezidenti idi. 2000-ci ilin dekabrında Avropa Parlamenti adından Fundamental Hüquqlar Xartiyasını imzaladı. Parlament üzvü olaraq gənclik, akademik kvalifikasiyaların qarşılıqlı tanınması və qadın haqları ilə bağlı layihələrə qatıldı.

4. Eliane Vogel-Polsky

Bərabər hüquq və imkanları müdafiə edən Belçikalı vəkil idi. O, 40 yaşında təqaüdə çıxması üçün məcbur edilən stüardessa Gabrielle Defrennenin işini Avropa Ədalət Məhkəməsinə çıxartdı. Məhkəmə tarixi qərar ilə “bərabər iş üçün bərabər ödəniş”i təmin elədi. Bu, artıq Avropa vətəndaşlarının milli məhkəmələr qarşısında tələb edə biləcəyi əsas prinsipdir.

5. Marga Klompe

1952-ci ildə Avropa Kömür və Polad Birliyinin ilk qadın üzvü idi. O, Roma Müqavilələrinin imzalanmasına töhfə verdi. Marga Klompe alim, siyasətçi və maddi baxımdan zəif olanların müdafiəçisi, böyük humanizmə sahib bir qadın kimi heyranlıq yaradırdı.

6. Vaso Papandreu 

Avropa Komissarı olmuş ilk qadınlar idi. Onlar 1989-cu ildə Jak Delorlar Komissiyasına qatıldılar və o vaxtdan etibarən Komissiyada 30-dan çox qadın komissar var. Qadın və kişilər arasında bərabərlik Aİ-nin əsas dəyəridir. 2010-cu ildən etibarən Aİ-də korporativ idarə heyətlərində qadınların sayı 14.8% artmışdır.

7. Kristian Skrivener 

Avropa Komissarı olmuş ilk qadınlar idi. Onlar 1989-cu ildə Jak Delorlar Komissiyasına qatıldılar və o vaxtdan etibarən Komissiyada 30-dan çox qadın komissar var. Qadın və kişilər arasında bərabərlik Aİ-nin əsas dəyəridir. 2010-cu ildən etibarən Aİ-də korporativ idarə heyətlərində qadınların sayı 14.8% artmışdır.

8. Ursula Hirschmann

Federal Avropa arzusunda olan bir antifaşist aktivist. O, “azad və birləşmiş Avropa üçün” Ventotene manifestinin İtaliyada yayılmasında əsas rol oynamışdır. 1943-cü ildə Milanda Avropa Federalist Hərəkatını təsis elədi. Sonra 1975-ci ildə Brüsseldə Femmes pour L’Europe birliyini qurdu.