Skip to main content

8 fevral 2021-ci il tarixinədək “eTwinning School” statusu almaq üçün müraciət edin!

05/02/2021

  • Mobillik və insanlararası əlaqə
  • Gənclər
  • Təhsil və peşə təlimi

2021-2022-ci illər üzrə “eTwinning School” adlı beynəlxalq statusu almaq istəyən və seçim kriteriyalarına uyğun olan məktəblər fevral ayının 8-nə qədər müvafiq ərizə ilə müraciət etməlidirlər.

Müəyyən spesifik meyarlara cavab verən iştirakçı məktəblərdən qeydiyyatdan keçmiş və “eTwinning” statusu almış müəllimlərlə əlaqə saxlanılıb. Nəticədə kriteriyalara cavab verən 5198 məktəbdən 39346 müəllim eTwinning Live-da mövcud olan özünü qiymətləndirmə üzrə ərizə formasını doldurmağa dəvət olunub.

Transsərhəd cəhəti ilə seçilən eTwinning Avropa İttifaqı çərçivəsində əməkdaşlığın keyfiyyətli təhsilə dəstəyinə əsaslanan Avropa təhsil təşəbbüslərinin bir hissəsidir. Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada yerləşən məktəblər sözügedən təşəbbüsün Avropanın Qonşuluq regionunu əhatə edən eTwinning Plus proqramı vasitəsilə bu təşəbbüsdə iştirak edə bilərlər. 

eTwinning School statusu məktəbin bütövlükdə eTwinning-in əhəmiyyətini və dəyərlərini tanıması və məktəb rəhbərliyinin dəstəyi ilə onları məktəbin siyasətlərinə, təcrübə və peşəkar inkişafına daxil etməsi deməkdir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

eTwinning Məktəbləri haqqında xülasə hesabat: ortaq liderlik yanaşmasına doğru