Skip to main content

Gənclər üçün layihələrin idarəedilməsi mövzusunda təlimlər

20/07/2022

Avropa İttifaqının maliyyə dəstəyi ilə Sosial Hüquqlar Mərkəzi tərəfindən “Azərbaycanda Sosial Təşəbbüslərin İnkişafı” layihəsi çərçivəsində layihələrin idarəedilməsi mövzusunda təlimlər həyata keçiriləcəkdir.

Layihənin əsas məqsədi gənc təşəbbüs qruplarının layihələrin yazılması və idarəedilməsi istiqamətində bacarıqlarını inkişaf etdirmək və bununla da onların təsir gücünün genişləndirilməsinə dəstək olmaqdır.

Layihə aşağıdakı istiqamətlər üzrə 3 mərhələdən ibarət olacaqdır:

1) “Layihələrin idarəedilməsi”  mövzusunda 3 günlük davamlı təlimlər;

2) Layihə iştirakçılarından ibarət komandaların yaradılması və layihələrinin yazılmasına dəstək məqsədli mentorluq proqramı;

3) Qrantlara müraciətdə layihə iştirakçılarına dəstək.

Kimlər iştirak edə bilər?

– 18 -29 yaş aralığında olan müəyyən təşəbbüs qrupunda fəaliyyət göstərən (və ya göstərmiş) şəxslər;

– Bakı və Gəncə şəhərlərində yaşayan təşəbbüs qrupu nümayəndələri;

– Layihələrin yazılması və idarəedilməsi prosesini öyrənməyə motivasiyalı şəxslər.

Layihənin keçirilmə tarixi: 05.08.2022 – 07.08.2022

Qeydiyyat üçün link: https://cutt.ly/yLWgePU

*Son müraciət tarixi: 28 İyul

İŞTİRAK ÖDƏNİŞSİZDİR.