Skip to main content
Özünüzü dezinformasiyadan qorumaq üçün paylaşmazdan əvvəl düşünün

Özünüzü dezinformasiyadan qorumaq üçün paylaşmazdan əvvəl düşünün

04/05/2020

  • Kəsişən sahələr
  • Vətəndaş cəmiyyəti
  • Media azadlığı və müstəqilliyi
  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları
  • Mobillik və insanlararası əlaqə
  • Səhiyyə

Heç kəs sosial şəbəkələrdəki dostlarının xəbər lentini sirr saxlama nəzəriyyələri və ya dezinformasiya ilə yükləmək istəməz. Dezinformasiyadan uzaq durmaq üçün bu tövsiyələrdən istifadə edin.

ÜNVANI YOXLAYIN

  • İnsanlar bəzən internet səhifələrinin ünvanlarını səhv daxil edirlər. Bundan istifadə edən fırıldaqçılar tanınmış internet səhifələrinə oxşar saxta internet səhifələri yaradırlar.
  • bbcnews1.com əsl bbc.com/news səhifəsi ilə müqayisədə fərqli görünür, ancaq saytın .info və ya .com domenində olduğunu yadda saxlamaq bir az çətin ola bilər. Belə bir səhvlərə yol verməmək üçün sevimli mənbələrinizi tablar siyahınıza əlavə edin, yaxud xəbər saytının adını axtarış sisteminə daxil edərək axtarın.
  • Elektron məktub və ya sosial şəbəkələrdə hipelinklə qarşılaşsanız, ona klikləməzdən əvvəl kursoru onun üzərinə çəkin. Bu yolla ünvanı tam görə biləcək və domenin tanış olub-olmadığını yoxlaya biləcəksiniz. Belə etdikdə cihazlarınızı da viruslardan qoruya bilərsiniz.

MƏZMUNU YOXLAYIN

  • Adətən xəbərlər kifayət qədər darıxdırıcı olur. Çox nadir hallarda iki kişinin buzlu sudan çıxararaq xilas etdiyi itin sonradan canavar olması ilə bağlı xəbərlər görə bilərsiniz. Səcdəgahda buxurdana marixuana qoyan oğlanlar haqqında xəbər də eynilə maraqlıdır, amma təəssüf ki, həqiqətə uyğun deyil. Heç vaxt hər hansı bir hadisənin doğruluğuna dair ilk intuisiyalarınıza güvənməyin. Çalışın məqalənin məzmununu başqa yollarla yoxlayasınız.
  • Oxuduğunuz məqalə naməlum mənbəyə məxsusdursa, onun məzmunun “BBC”, “Deutsche Welle”, yaxud “New York Times” kimi peşəkar jurnalistika ilə məşğul olan dərgilərin standartlarına uyğun olub-olmadığını yoxlayın. Bəzən nazirliklərin və ya hökumət qurumlarının internet səhifələri bu işdə sizə yardımçı ola bilər.
  • Ən əsası yaddan çıxarmayın ki, izləyici sayının çox olması heç də həmişə həmin mənbənin etibarlı olmasından xəbər vermir.
  • Bəzən illər əvvəl yazılmış məqalələr təkrar üzə çıxır və orijinal versiyada və ya dəyişdirilərək kontekstdən kənarda istifadə olunur. Həmişə nəşr olunma tarixinə baxın və köhnə informasiya və ya statistikaya diqqət yetirin.

İMKAN VERMƏYİN SİZİ ALDATSINLAR

  • Yalan və ya aldadıcı informasiya az qala hər şey haqqında yazıla bilər. Məsələn, COVID-19 virusunun laboratoriyada hazırlandığını, yaxud alternativ olaraq ABŞ, kölgə hökumətə və ya Cors Sorosa məxsus bioloji silah olduğunu iddia edən və insanların başlarında mikroçiplərin yerləşdirilməsi ilə dünya əhalisini nəzarətdə saxlamağa cəhd olduğuna dair yalan xəbərlər dərc olunub.
  • Hər hansı bir hadisənin arxasında “pis niyyəti olan gizli bir qrupun” olduğunu iddia edən mətnlər gördükdə dərhal həyəcan təbili çalınmalıdır. Məqalədə aşağıdakılar olarsa, həyəcan təbili daha da güclü olmalıdır:
    • Heç nə təsadüfən baş vermir
    • Heç nə göründüyü kimi deyil
    • Hər şey bir-biri ilə əlaqəlidir

KÜTLƏVİ İNFORMASİYA VASİTƏSİNİ YOXLAYIN

  • Etibar edilə bilən, peşəkar media sirr saxlama nəzəriyyələrini işıqlandırmağı özünə rəva bilməz. Belə dərgilər bir tərəfli rəyləri yalnız nəşrin xüsusi bölümündə dərc edirlər.
  • Mötəbər jurnalistika müəyyən standartlara uyğun olmalıdır: bu mövzuda balanslaşdırılmış təsvir təqdim etmək üçün məqalədə birdən çox mənbə və rəqib tərəflərin fikirləri olmalıdır.
  • Şübhəniz olarsa, həmin kütləvi informasiya vasitəsinin Haqqımızda və ya Əlaqə bölmələrinə baxın. Əgər bu həqiqətən etibar olunacaq KİV-dirsə, orada işləyən jurnalistlərin siyahısını, həmin təşkilat haqqında şəffaf məlumatları və maliyyə mənbəyi haqqında məlumat tapmalısınız.
  • Dezinformasiya ilə məşğul olan KİV-ləri dürüstlüyə riayət etməyə çağırdıqda əks məntiqdən istifadə edə, dezinformasiyaya yol vermədiyini sübut etməyə və sizi başqalarını çaşdırmaqda və dezinformasiya yaymaqda günahlandıra bilərlər.  Twitter-də olan “Darth Putin” hesabı bu barədə dahiyanə bir post paylaşıb: “Əgər o ördəyə oxşayırsa, ördək kimi vaqqıldayırsa, ördək olduğunu inkar edirsə, onun ördək olduğunu sübut etməyinizi tələb edirsə, sizi ördək olduğunuzda günahlandırırsa, itinizin ördək olduğunu, dostunuzun pişiyinin ördək olduğunu və yuxarıda sadalanan hər 3 “ördəyin” rusofob olduğunu iddia edirsə, deməli bu Kremlin ördəyidir”.

MÜƏLLİFİN KİM OLDUĞUNU YOXLAYIN

  • Məqalənin müəllifini tanıyırsınız? Onun hər hansı əvvəlki işlərini tapa bilərsiniz? Hörmət qazanmış jurnalistin həmişə keçmişdə yazdığı yazıları ilə bağlı məlumatlar olur.
  • Şübhəniz olarsa, müəllif (və ya açar sözlər və ya mətn bölmələri) haqqında faktları yoxlayan internet saytında hər hansı bir nəticənin olub-olmadığını yoxlayın. Dezinformasiya barədə də keçmişdə yazılan məlumatlar qalır.
  • Bu adda jurnalist ümumiyyətlə mövcuddurmu? Bəzi riyakar müəlliflər yazılarını uydurma ad altında dərc edirlər.

MƏNBƏLƏRİ YOXLAYIN

  • Bəzən məqalədə olan ekspert həqiqi ekspertdən çox kölgə hökuməti, qədim yadellilər və xarici siyasətdə ixtisaslaşan “ekspert” kimi çıxış edir.
  • Həmçinin, bəzən mütərəqqi ideyalar və tənqidi düşüncələr yaydığını iddia edən analitik mərkəzlərin də sadəcə köhnə və yaxşı Kreml yönümlü mərkəzlər olduğu üzə çıxır.
  • Hər hansı bir məqalədə anonim mənbələrə istinad edilirsə, yaxud mənbə göstərilmirsə, ehtiyatlı olmalısınız.

FOTOŞƏKİLLƏRİ YOXLAYIN

  • “Gördüyünü qoyub, eşitdiyinə inanma” atalar məsəli aktuallığını itirib. Bəzən fotoşəkillər başqa bir ölkədə istifadə olunur və ya illər sonra tamamilə fərqli bir kontekstdə təkrar istifadə olunur. Fotoşəkillərdən bu cür sui-istifadə edilməsi nəticəsində koronavirus ilə bağlı məhdudiyyətlərə, yaxud NATO-ya qarşı etirazın keçirildiyini “sübut” etmək olar. Halbuki, belə bir etiraz heç vaxt keçirilməyib.
  • Fotoşəkillərin daha əvvəl istifadə edilib-edilmədiyini yoxlamaq üçün onları Google-un şəkillərin əks axtarış sisteminə və ya TinEye saytına yükləyin.
  • Şəklin tərkibini, bucağını dəyişməklə və ya sadəcə kəsməklə izdihamı kiçik, yaxud böyük göstərmək olar. Təbii ki, fotoşəkillərin redaktə edilməsi üçün çoxlu sayda proqram təminatları var…
  • Videolar sahəsində də işlər o qədər ürəkaçan deyil, çünki bayağı saxta videolar hazırlamaq gündən-günə daha da asanlaşıb. Bu barədə The Wall Street Journal və The New York Times kimi tanınmış KİV-lərdə dərc olunan məqalələri oxuyun.

PAYLAŞMAZDAN ƏVVƏL DÜŞÜNÜN

  • Başlığın məqsədi insanları həmin məqaləni oxumaq üçün başlığı klikləməyə sövq etməkdir. Başlığa (“şirnikdirici yemə”) aldanmayın, əvvəlcə məqaləni oxuyun (və yalnız bundan sonra paylaşın)!
  • Sosial şəbəkələrdə hər hansı bir yazının populyarlıq qazandığını gördükdə botların mövcud olduğunu yaddan çıxarmayın! Hər hansı hesab insanlar üçün mümkün olmayan dərəcədə yazılar paylaşırsa, dil və ya sintaksis problemləri varsa və ya söhbət edə bilmirsə, şübhələnməyə tam haqqınız var.
  • Hər hansı yazının geniş şəkildə paylaşılması onun mütləq şəkildə həqiqi olduğuna dəlalət etmir. Əslində bu, həmin paylaşımın populyar olmasını da göstərmir, çünki 50000+ layk, paylaşım, yenidən tvit və rəyin alınması üçün cəmi bir neçə yüz avro yetərlidir.
  • Dezinformasiya çox zaman emosiyaları hədəfə alır, ədalətsizlik, qorxu, inadkarlıq, ikrah hissimizə və digər mənfi düşüncələrimizə toxunur. Şəkillər, emojilər və güclü başlıqlar ilə məqalə və ya sosial media paylaşımına emosional mesaj əlavə edirlər. Xüsusi mesajı çatdırmaq üçün bu taktikaların birlikdə hansı formada istifadə olunduğuna diqqət yetirin.
  • Zarafatlar və satiranın öz ifadə tərzi var və faktlara əsaslanması vacib deyil. Elə buna görə onlara zarafat və satira deyilir. Gülün, amma onların həqiqəti əks etdirmədiyini unutmayın.
  • Bacarıqlarınızı sınaqdan keçirmək istəyirsinizsə, EUvsDisinfo səhifəsində yerləşən viktorinada iştirak edin və real xəbərlərlə, satira və dezinformasiyanı bir-birindən nə dərəcədə fərqləndirə biləcəyinizi yoxlayın.

 

FAKT YOXLAYAN XİDMƏTLƏRİN NƏ ETDİKLƏRİNİ YOXLAYIN

Koronavirus haqqında dezinformasiya məlumat bazası – FIRSTDRAFT
Fakt yoxlama xidmətləri: PolygraphStopFake, Snopes və Politifact
Bu siyahıdan yerli fakt yoxlama xidməti tapın və ya Facebook ilə birlikdə işləyən təşkilatları tapmaq üçün bura baxın

Onlayn araşdırmalar – Bellingcat
Dezinformasiya haqqında məlumatlandırma və izahat kampaniyası – Rəqəmsal məhkəmə ekspertizası laboratoriyası

Avropa təşəbbüsləri:
EUvsDisinfo məlumat bazası
Avropa Komissiyası: Euromyths
Avropa Parlamenti analitik mərkəzi: Dezinformasiya
2019-cu ildə keçirilən Avropa parlament seçkiləri

Daha ətraflı məlumat üçün nəşr siyahımıza baxın. Burada qeyd olunanlar və daha çoxu haqqında məlumatınız varsa, biliklərinizi başqaları ilə paylaşın.

Məqalə euvsdisinfo.eu səhifəsində İngilisRus dillərində dərc olunub