Skip to main content

Parlaq rənglər ilə kətan

02/02/2021

Avropa İttifaqı layihəsinin əhatə etdiyi rayonlardan biri olan Goranboy rayonunun sakini Məleykə xanımın (ad şərtidir) qız övladı eşitmə əngəlli olması səbəbindən ictimai mühitdən kənarda qalmışdı. Hər bir uşağın qabiliyyətli olduğuna inanaraq, xüsusi qayğıya ehtiyacı olan Zərifənin (ad şərtidir) rəsm qabiliyyətini inkişaf etdirmək məqsədilə layihə ona bir çox məsələdə kömək etdi. Zərifə kollecə daxil olaraq tələbə adını qazandı və eyni zamanda, nağıl kitabları üçün şəkillər çəkərək öz səriştəsini və özünə inamını daha da artırmış oldu.

Gələcəyimiz olan uşaqlara hər zaman dəstək olmaqdan qürur duyuruq.