Gənc Avropa səfiri üçün olmaq üçün daha bir şans – indi müraciət edin!
Altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna), Avropa İttifaqı və ya Böyük Britaniyadan* olan 16-26 yaş arası gənclər 1 oktyabr tarixinədək ərizə formasını dolduraraq “Gənc Avropa səfirləri” (YEAs) şəbəkəsinə qoşula bilərlər.
Ərizə qəbuluna Aİ-nin “EU NEIGHBOURS east” layihəsi tərəfindən başlanıb və məqsədi dinamik, həvəsli və Aİ-nin fəaliyyətində və yaşadığı ölkənin Aİ ilə tərəfdaşlığında maraqlı olan gənclərin cəlb edilməsidir. Müraciət edən gənclər İngilis dilini yaxşı səviyyədə bilməli, yaşadığı icmanın və ölkənin inkişafına və rifahına töhfə verməyə və vətəndaş cəmiyyəti fəaliyyətlərinə kifayət qədər vaxt ayırmağa hazır olmalıdırlar.
Seçilmiş namizədlər onlayn və dialoqların əsas yer tutduğu tədbirlərdə iştirak edəcək, o cümlədən öz ölkələrinin gənclərini həm yerli, həm də xarici ölkələrdə keçirilən tədbirlərdə təmsil etmək imkanı qazanacaqlar. Onlar təcrübə mübadiləsi aparacaq, gənclərə birbaşa aidiyyatı olan məsələləri müzakirə edəcək, ən yaxşı təcrübələri bölüşəcək və ölkələrinin rifahı üçün birlikdə çalışacaqlar. Ərizə qəbulu və YEAs təşəbbüsü haqqında daha ətraflı öyrənmək üçün xüsusi ərizə forması səhifəsinə baş çəkin.
Gənc Avropa səfiri olmaq üçün 1 oktyabr 2023-cü il tarixinə qədər ərizə formasını doldurub təqdim etmək tələb olunur. Müraciət edənlərdən həmçinin təşəbbüsdə iştirak etməkdə maraqlı olduğunu ifadə etmək və ərizə formasına əlavə olaraq yaradıcılıqla bağlı bir tapşırıq yerinə yetirmək istənilə bilər.
Ərizə qəbulu mərhələsindən sonra seçilmiş namizədlər müsahibəyə iştirak etməyə dəvət olunacaqlar. Müsahibədən uğurla keçən namizədlər xüsusi sessiyalara dəvət olunacaq və onların məlumatları təsdiqlənmək üçün növbəti (rəsmi maraqlı tərəflər) tərəflərə göndəriləcək. Ərizə qəbulunun dayandırıldığı gündən sonra yekun nəticələrin elan edilməsi üçün təxminən səkkiz həftə tələb oluna bilər.
Hal-hazırda Ukraynada davam edən müharibə səbəbindən Ukraynalı ərizəçilər Ukraynadan, yaxud hazırda yaşadıqları hər hansı Aİ-yə üzv ölkədən müraciət edə bilərlər.
Belarusdan olan Gənc Avropa səfirlərinin Belarus ərazisində fəaliyyətinə son qoyulub, amma Aİ-də yaşayan Belaruslu gənclər hazırda yaşadıqları ölkədən müraciət edə bilərlər.
Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə üzv ölkələrdən və Böyük Britaniyadan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.
YEAs təşəbbüsü Avropa İttifaqı tərəfindən 2016-cı ildə təsis edilib və bu günə qədər 30-dan artıq müxtəlif ölkədən 1700-dən artıq gənci bu şəbəkəyə cəlb etməyi bacarıb.
Daha çox öyrən