
Yerli və regional səviyyədə dövlət idarəçiliyi üzrə Şərq Tərəfdaşlığı Akademiyasına müraciətlərin qəbuluna başlanıb

Avropa Regionlar Komitəsi Şərq Tərəfdaşlığı üçün Regional və Yerli Hökumət Orqanlarının Konfransı vasitəsilə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın şəhər, bələdiyyə və ya regional administrasiyalarında çalışan dövlət qulluqçuları və rəsmi şəxslər üçün onlayn akademiya fəaliyyətinə başlayıb.
Sessiyalar ingilis dilində keçirilir, Şərq Tərəfdaşlığı ölkələrinin milli dillərinə sinxron tərcümə olunur, həmçinin əsas materiallar tərcümə edilərək təqdim olunur.
Dövlət idarəçiliyi üzrə Şərq Tərəfdaşlığı Akademiyası iştirakçılarına Avropa təsisatlarına, ekspert biliklərinə, eləcə də Aİ şəhər və regionlarının real təcrübələrinə birbaşa çıxış imkanı yaradır.
İştirakçılar Avropa İttifaqı, idarəetmə və maliyyələşmə imkanları haqqında məlumat əldə edəcək, Aİ şəhər və regionlarının gündəlik problemləri necə həll etdiyini öyrənəcək və bütün Şərq Tərəfdaşlığı ölkələrindən olan həmkarları ilə əlaqələr quracaqlar.
Kursun proqramına hər birinin müddəti 1,5 saatdan çox olan altı onlayn sessiya daxildir:
- Aİ təsisatları və orqanları (xüsusilə Avropa Regionlar Komitəsi);
- Aİ və Şərq Tərəfdaşlığı ölkələrində subsidiarlıq, mütənasiblik və çoxsəviyyəli idarəetmə;
- Aİ tərəfindən maliyyələşdirilən layihələrə giriş hüququ və onların idarə olunması;
- Şəffaflıq və vətəndaşlarla səmərəli kommunikasiya;
- Yerli və regional səviyyədə şəffaf və səmərəli dövlət satınalmaları;
- Yerli dövlət idarəçiliyində rəqəmsal transformasiya, elektron hökumət və innovasiyalar.
Akademiya iştirakçıları, həmçinin istənilən vaxt müraciət edə biləcəkləri videoqeydlər və materiallardan ibarət resurs kitabxanasına daimi çıxış əldə edəcəklər.
Müracitələrin son qəbulu tarixi 15 noyabr 2026-cı ildir.
Qoşulmaq üçün onlayn forma vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur.
Daha çox öyrənin
The post Yerli və regional səviyyədə dövlət idarəçiliyi üzrə Şərq Tərəfdaşlığı Akademiyasına müraciətlərin qəbuluna başlanıb appeared first on EU NEIGHBOURS east.