Skip to main content
Photo: European Union

Yeni Erasmus+ proqramı üçün yeni Erasmus+ tətbiqi

28/01/2021

  • Mobillik və insanlararası əlaqə
  • Miqrasiya və mobillik
  • Gənclər
  • Təhsil və peşə təlimi

Yanvarın 28-də 10 milyondan çox insana dəstək olan Aİ-nin ən uğurlu flaqman proqramı olan Erasmus+ yeni Erasmus+ tətbiqini istifadəyə verib. Bu tətbiqin, yerdəyişmə edən tələbələr və Avropadakı digər təhsil alanlar üçün planlaşdırma, idarəetmə və dəstək xidmətləri sahəsində inqilaba səbəb olacağı gözlənilir. Tətbiq fərdi və akademik mənşəyindən asılı olmayaraq istənilən şəxsin proqramda iştirakına şərait yaradır.

Tətbiqin istifadəyə verilməsi, daha çox və daha geniş gənclər kütləsini əhatə etməyi və Şərqi tərəfdaşlıq ölkələri də daxil olmaqla, Avropadakı tələbələrin sözügedən proqramın təqdim etdiyi imkanlardan daha asanlıqla faydalana bilmələrini təmin etməyi nəzərdə tutan 2021-2027-ci illər üzrə yeni Erasmus+ proqramının başlamasına təsadüf edir. 

Erasmus+ tətbiqi, yerdəyişmə ilə əlaqəli bütün mərhələlərdə iştirakçılara bələdçilik edəcək, yerdəyişmə ilə bağlı bütün müxtəlif inzibati prosesləri rəqəmsal şəkildə tamamlamağa, eləcə də  gənclərə yerləşəcəkləri cəmiyyətdəki xüsusi təkliflərdən yararlanmağa və tədbirlərdə, ictimai fəaliyyətlərdə və könüllülük fəaliyyətlərində iştirak edərək başqaları ilə əlaqə qurmağa imkan verəcək. Tətbiqin məqsədi Avropa təhsil məkanı üzrə strategiyaya uyğun olaraq yerdəyişməni artırmaqdır. Bu həmçinin Avropa Tələbə Kartı Təşəbbüsünün əsas komponentlərindən biridir.

Artıq bir sıra planlaşdırılmış xüsusiyyətləri özündə cəmləşdirən yeni tətbiqi mobil telefonunuza Google Play və App Store-dan və ya  erasmusapp.eu saytından endirə bilərsiniz

Daha çox öyrən

Mətbuat üçün açıqlama