Skip to main content

“Yaradıcı Avropa”: Avropa irsinə həsr olunmuş ustad dərslərinin silsilə videoları işıq üzü görüb

21/08/2026

“Europa Nostra” təşkilatı Avropa İttifaqının “Yaradıcı Avropa” (Creative Europe) proqramı tərəfindən birgə maliyyələşdirilən “Europa Nostra Heritage Agora” şəbəkə layihəsi çərçivəsində hazırlanmış və Avropa irsinə həsr olunmuş ustad dərslərinin yeni 12 hissəli silsilə videolarını təqdim edib.

12 qısa dərsdən ibarət bu ustad dərsləri mədəni irsi cəmiyyəti hərəkətə gətirən canlı bir qüvvə kimi araşdırır. Dərslərdə kimlik, etika və mülkiyyət hüququ kimi fundamental məsələlərdən başlayaraq müharibə, iqlim dəyişikliyi, rəqəmsal transformasiya, sosial media, idarəetmə, Avropa əməkdaşlığı və irsin gələcəyi kimi aktual çağırışlara toxunulur.

Bu silsilə videolar irs mövzusu vasitəsilə demokratiya, sülh, beynəlxalq mədəni əlaqələr və mədəniyyətlərarası dialoq ətrafında daha geniş müzakirələrə zəmin yaradır. 

Ustad dərsləri “Europa Nostra”nın İcraçı prezidenti (ictimai əsaslarla), tanınmış arxeoloq, tarixçi və mədəni irs üzrə ekspert Dok. Herman Parsinger tərəfindən təqdim olunur. O, 2008–2025-ci illərdə dünyanın ən böyük mədəniyyət müəssisələrindən biri olan Prussiya Mədəni İrsi Fondunun prezidenti vəzifəsində çalışıb. Onun arxeologiya, muzey işinin idarə olunması, restitusiya debatları, mədəniyyət siyasəti və Avropa əməkdaşlığı sahəsindəki zəngin təcrübəsi bütün silsilə boyunca təqdim olunan konseptual baxışı formalaşdırır.

Bu kurs mədəni irs sahəsində çalışan mütəxəssislər, tələbələr, könüllülər, mədəniyyət təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələri və mədəni irs haqqında biliklərini dərinləşdirib onları praktiki fəaliyyətə çevirmək istəyən fəal vətəndaşlar üçün nəzərdə tutulub.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post “Yaradıcı Avropa”: Avropa irsinə həsr olunmuş ustad dərslərinin silsilə videoları işıq üzü görüb appeared first on EU NEIGHBOURS east.