Skip to main content
Photo: European Union

Vətəndaş cəmiyyəti üçün hekayə danışmaq mövzusunda onlayn kurs təşkil ediləcək

12/03/2021

  • Mobillik və insanlararası əlaqə
  • Təhsil və peşə təlimi

Aİ tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı Şərq Tərəfdaşlığı ölkələrindən olan vətəndaş cəmiyyəti təşkilatlarını hekayə danışmaq mövzusunda kursda iştirak etməyə dəvət edir. 

Bu kurs, hekayələrin danışılması üsulları ilə layihələr haqqında daha yaxşı məlumat verməyə və daha çox insanı cəlb etməyə kömək edir. 

Vətəndaş cəmiyyəti liderləri, layihə rəhbərləri, vətəndaş cəmiyyəti təşkilatlarında çalışan ictimaiyyətlə əlaqələr üzrə işçilər, fəallar, könüllülər, sosial startap liderləri, həmçinin  Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan sahibkarlar mesajları cəlbedici hekayələrə çevirməyi, mesajlar və yayımlanan hekayələr barədə auditoriyanın fikirlərini geniş və inandırıcı şəkildə dəyişdirməyi öyrənəcəklər. 

Dörd müxtəlif moduldan ibarət kursda hekayələrin tapılması, dəqiqləşdirilməsi, yaradılması və yayımlanması mərhələli şəkildə izah ediləcək.

Sözügedən kurs ingilisrus dillərində keçiriləcək. İştirakçılara sertifikatlar təqdim olunacaq.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

İngilis dilində olan kursa qatılmaq üçün

Rus dilində olan kursa qatılmaq üçün