Skip to main content

ÜST Azərbaycanın səhiyyə işçiləri üçün vebinar keçirib

15/04/2021

Avropa İttifaqının maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ÜST-nin Azərbaycan Nümayəndəliyi səhiyyə işçilərinin bilik və bacarıqlarının inkişafını dəstəkləmək üçün vebinarlara davam edir. TƏBİB-lə birgə təşkil edilən vebinarda ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Dr. Oqtay Gözəlov COVID-19 hallarının klinik idarə edilməsi üzrə ən son yenilikləri 150-dən çox azərbaycanlı səhiyyə işçisi ilə bölüşüb. Vebinar səhiyyə işçilərinin artmaqda olan COVID-19 hallarına qarşı mübarizədə daha məlumatlı və hazırlıqlı olmağına kömək edəcək.