Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlim seminarları keçirilmişdir

13/12/2022

9 və 12-13 dekabr 2022-ci il tarixlərində Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi“ layihəsi çərçivəsində “Xarici kvalifikasiyaların tanınması”, “Ali təhsil və orta ixtisas təhsilində akkreditasiya” və “Peşə təhsilində akkreditasiya” üzrə təlim seminarlar beynəlxalq ekspert Akim Hopbax tərəfindən keçirilmişdir. Layihə “IBF International Consulting“ şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.

Hər üç təlim seminarının iştirakçıları Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin müvafiq departament və bölmələrinin əməkdaşları olub. Təlim seminarları xarici kvalifikasiyaların tanınması, Lissabon Tanınma Konvensiyasına uyğun qabaqcıl təcrübə, ali təhsil, orta ixtisas və peşə təhsilində akkreditasiya, qanunvericilik bazası, standartlar, prosedur və iki səviyyə arasında əlaqə ilə bağlı qabaqcıl təcrübəni əhatə edib.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı Komissiyası arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir.