Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlim keçirilmişdir

04/08/2023

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in Təhsildə Keyfiyyət Təminatı Agentliyinə dəstək məqsədilə icra etdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 25 iyul 2023-cü il tarixlərində “Orta İxtisas Təhsili Müəssisələrinin Akkreditasiyası” mövzusunda təlim keçirilib.

Layihə tərəfindən beynəlxalq təcrübəyə uyğun olaraq orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üçün istiqamət və meyarlar hazırlanmışdır və bu meyarların pilot sınağının keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə Azərbaycan Dövlət Pedaqoji Kollecinin keyfiyyət təminatı və təhsil şöbələrinin 5 əməkdaşı üçün təşkil olunmuş təlim beynəlxalq ekspert Dr. Akim Hopbax tərəfindən keçirilib. Təlimdə orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası, akkreditasiyanın meyar və prosedurları, özünütəhlil hesabatının hazırlanması haqqında məlumat verilib və sual-cavab sessiyası keçirilib.  

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.