Skip to main content

Ali Attestasiya Komissiyası elmi müəssisələrin akkreditasiyası və keyfiyyət təminatı sahəsində Avstriya təcrübəsini öyrənir

05/05/2022

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriya Respublikasının Vyana şəhərinə işgüzar səfəri 02-03 may tarixində baş tutub.

Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

Səfərin məqsədi elmi müəssisələrin akkreditasiyası və keyfiyyət təminatı sahəsində Avstriya təcrübəsi ilə tanış olmaq və analoji sistemin Azərbaycanda yaradılmasını dəstəkləməkdir. Səfər çərçivəsində Avstriya Təhsil, Elm və Təqdiqat Nazirliyinin, Avstriya Keyfiyyət Təminatı və Akkreditasiya Agentliyinin, Avstriya Elmlər Akademiyasının və Ziqmund Freyd Universitetinin məsul şəxsləri ilə görüşlər keçirilib və təcrübə mübadiləsi aparılıb.

Görüşlərdə Avstriyanın 2030-cu ilə kimi “Tədqiqat, texnologiya və innovasiya strategiyası” və son on ildə elm sahəsində  aparılan islahatlar haqqında ətraflı məlumat əldə edilib, elmi müəssisələrdə keyfiyyət təminatının təşkili və akkreditasiyanın aparılması prosesi ilə yaxından tanış olunub, bu sahədə öyrənilmiş dərslər, çağırışlar və prespektivlər öyrənilmişdir.