Skip to main content

Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası IFRC tərəfindən həyata keçirildi

20/10/2023

20 Oktyabr 2023-cü ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” (EU Bridge) layihəsi çərçivəsində keçiriləcək layihə müsabiqəsinə dair məlumatlandırma sessiyası baş tutub.

Məlumat sessiyasının əsas məqsədi Vətəndaş Cəmiyyəti Təşkilatlarına (VCT) “EU Bridge” layihəsi və müraciət prosesinin texniki tərəfləri haqqında geniş məlumat vermək idi.

Sessiyanın ilkin mərhələsində iştirakçılara IFRC-nin Azərbaycandakı fəaliyyəti və ümumilikdə onun qlobal təşəbbüsləri haqqında məlumat verilib. Sonrakı mərhələdə iştirakçılar qaydalar və qrant müraciəti prosedurları haqqında ətraflı məlumat əldə ediblər. İştirakçılara qrant müraciətləri zamanı veb səhifədən və layihə çərçivəsində onlara faydalı olacaq digər resurslardan istifadə təlimatları izah edilib.

Daha sonra, VCT nümayəndələrindən növbəti müraciət proseduru üçün veb səhifədən qeydiyyatdan keçmələri xahiş olunub. İştirakçılarla müraciət proseduru ilə bağlı növbəti məlumat sessiyası 25 oktyabr 2023-cü il tarixinə planlaşdırılıb. Bu sessiyada VCT nümayəndələrinə təlimatlar əsasında tələb olunan sənədlərin doldurulması ilə bağlı ətraflı məlumat veriləcək.

Görüşün sonunda iştirakçıları maraqlandıran bütün suallar cavablandırılıb.