Skip to main content

Lənkəran şəhərində aqrar səhə üzrə gənclər arasında ilk Ideathon on Agrinnovation keçirildi

08/06/2022

Avropa İttifaqının maliyyəşdirdiyi və BMTİP tərəfindən icra olunan “Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi” layihəsi çərçivəsində Lənkəran şəhərində 2-4 iyun tarixlərində 3 günlük ərzində davam edən Aqrar Sahə üzrə Ideathon öz işini yekünlaşdırdı.
Müsabiqənin keçirilməsində əsas məqsəd meyvə-tərəvəzlərin yetişdirilməsi və emalında yenilikləri, innovasiyaları tətbiq etmək, qabaqcıl ideyalara dəstək göstərmək və təşviq etməkdir.

Ideathon on Agrinnovation müsabiqəsində Azərbaycanın müxtəlif regionunda bir araya gələn gənclərdən ibarət 18 komanda meyvə-tərəvəzin yetişdirilməsi və emalı ilə bağlı 2 istiqamətdə öz innovativ ideyalarını irəli sürdülər.

4 iyun tarixində tədbirə BMTIP-in Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru xanım Bista, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojykov və  Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev qatıldırlar.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov kənd təsərrüfatında innovasiyaların təşviq edilməsinin, xüsusilə onun rəqabət qabiliyyətinin artırılmasının, gənclərin qocalmış işçi qüvvəsi ilə xarakterizə olunan sektorda işləməyə cəlb edilməsinin və iqlim dəyişikliklərinə daha dayanıqlı olmasının vacibliyinə toxunub.


“EU4Lankaran” layihəsi çərçivəsində təşkil olunan Ideathon on Agrinnovation müsabiqəsinin fərqliliyi odur ki, o, yalnız Azərbaycanda vahid iqtisadi rayonunun möhkəmləndirilməsinə həsr olunub. Əgər imkan yaradılsa, gənclər və qadınlar bu inkişafı sürətləndirməyə kömək edəcəklər və bu istiqamətdə keçirilən ilk Ideathon yaxşı addımdır.”

BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru xanım Bista aqrar sahə üzrə startapların keçiriləməsi və gənclərin bu istiqamətdə iştrakların  vacibliyini vurğuladı.

“Mən qadınların bu İdeathonda iştirakını görməkdən çox şadam. Əminəm ki, bu platforma sizə Lənkəran-Astara İqtisadi Rayonunda bağçılıq sektorunun problemlərini həll edən həllər yaratmaq üçün komanda işinə töhfə verdiyiniz təhlükəsiz məkan təmin etmişdir.” 

Eyni gün 18 komanda öz innovativ ideyalarını münsiflər heyətinə təqdim etdilər və hər istiqamətdə qalib komandalar müəyyən olundu.

İnnovet, Zəfər və Victory komandaları qalib oldular.

Aİ və BMT-nin İnkişaf Proqramı Ideathon on Agrinnovation-da könüllü olaraq töhvə verən bütün təlimatçı mentor, münsiflər heyəti və bütün tərəfdaşlara ideathon komandalarının aqrar sahə sahəsində bilik və bacarıqlarının artırılması, bu biliklərin fermerlərin innovasiya əsasında müasirləşdirimə həllinə yönəldilməsinin əsaslarını onlara aşıladığı üçün dərin minnətdarlığını bildirir.