Skip to main content

Aİ Nümayəndəliyi “Gələcək peşələr və gələcəyin bacarıqları” mövzusunda seminar keçirir

13/06/2024

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi iyunun 13-də “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində keçirilən silsilə seminarlardan sayca sonuncusunu təşkil etmişdir. “Gələcəyin işləri və gələcək bacarıqlar” mövzusunda praktiki seminar gələcəkdə əmək bazarlarında tələb olunacaq bacarıqlara diqqət yetirmək məqsədilə gənc nəsli və Avropa İttifaqına üzv ölkələrin təmsilçilərini bir araya gətirmişdir.

Seminarda “Doğru bacarıqlar qazan” kampaniyasının seçilmiş motovatorları, “yaşıl” enerji üzrə ekspert və mükafat almış tələbə Emin Xəlifəyev, həmçinin gənc ixtiraçı və robototexnik, onyaşlı Məhmməd Vəlili iştirakı etmişlər.

“Avropa İttifaqı tərəfindən maliyyələşdirilən müxtəlif təşəbbüs və proqramlar Azərbaycan gəncləri üçün fərdi və peşəkar inkişaf məqsədilə geniş çeşiddə imkanlara çıxış yaradıb. Avropa İttifaqı, istər “Erazmus+” proqramı çərçivəsində tələbə təqaüdü, istər peşə təhsili proqramları çərçivəsində, Azərbaycan gənclərinə öz potensialını tam gerçəkləşdirmək üçün dəstək vermək yolunu seçmişdir. Hazırkı kampaniya gələcəkdə daha üstün iş və əmək haqqı əldə etmək naminə doğru bacarıqlar qazanmaq üçün geniş çeşiddə mövcud olan imkanlardan xəbər verir,– deyə Aİ-nin Azərbaycan Respublikasında səfiri Peter Mixalko bildirmişdir.

Avropa İttifaqı, innovasiyaları və rəqabəti dəstəkləməklə “yaşıl” və rəqəmsal texnologiyalara keçid məqsədilə ömürboyu öyrənmə, insanların və şirkətlərin güclənməsinə yeni təkan vermək məqsədilə 2023-2024-cü illəri “Avropa Bacarıqlar İli” bəyan etmişdir. Bu təşəbbüs çərçivəsində baş tutan silsilə təlim və seminarların məqsədi gənc nəsli karyeranın planlanması, təhsil və tələbə təqaüdü imkanları ilə dəstəkləmək, həmçinin “startap” qurmaq və sahibkarlıq fəaliyyətinə başlamağa şövq etməkdir.

Keçən ilin sentyabr ayından başlayaraq kampaniya çərçivəsində keçirilmiş, xüsusilə sürətlə dəyişən əmək bazarı şəraitində bacarıqların əhəmiyyətinə rəvac vermis tədbirlərdə, o cümlədən təhsil sərgisində, gənclər arasında bilik müsabiqəsində, praktiki seminarlarda, əmək sərgisində və digər müxtəlif toplantılarda minlərlə gəncin iştirakı təmin edilmişdir.

Avropa İttifaqı ali təhsil, peşə təhsili, bölgələrin inkişafı, mədəniyyət, səhiyyə və əhəmiyyət kəsb edən bir sıra digər sahələrdə Azərbaycan Respublikasının uzunmüddətli və strateji tərəfdaşıdır. Aİ-nin dəstəyi ilə çox sayda insan biznes qurmuş, kənd təsərrüfatı istehsalına başlamış, yeni bacarıqlar əldə etmiş və təlimlərdən keçmişdir.