
Sorğu göstərir ki, Azərbaycanlıların əksəriyyəti Aİ ilə əlaqələrin yaxşı olduğunu hesab edir, lakin məlumatlılıq səviyyəsi hələ də aşağıdır

Azərbaycanda həyata keçirilən 2026-ci il üzrə illik rəy sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının əksəriyyəti (62%) Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əlaqələrin yaxşı olduğunu düşünür, lakin respondentlərin cəmi 22%-i Aİ haqqında müsbət təsəvvürə malikdir. Onların 42%-i Aİ haqqında neytral və 8%-i mənfi təsəvvürə malikdir.
Ən son sorğu 2026-cı ilin yanvar-fevral aylarında bütöv ölkə ərazisində 1000 nəfərdən ibarət nümunə respondent arasında üz-üzə müsahibələr vasitəsilə həyata keçirilib. Bu rəy sorğuları 2016-cı ildən etibarən hər il Azərbaycanda və digər beş Şərq Tərəfdaşlığı ölkəsində “EUNEIGHBOURS east” proqramı tərəfindən aparılır.
Rəyi soruşulan şəxslər iqtisadi inkişaf (39%), təhsil və mübadilə proqramları (33%) kimi sahələrə daha böyük dəstəyin göstərilməsi onların Aİ-yə qarşı müsbət rəyinin formalaşmasına kömək edəcəyini bildirib.
Respondentlərin altmış üç faizi Aİ-nin maliyyə dəstəyi haqqında məlumatlı olduğu halda (keçən il qeydə alınan 68%-dən azdır), onların cəmi 26%-nin bu dəstəyin yüksək və çox yüksək olduğunu düşünür, 45% isə Aİ-nin dəstəyinin səmərəli olduğunu hesab edir.
Avropa İttifaqına olan etimad 38% təşkil edir ki, bu da Türkiyə (85%), Dünya Bankı (59%) və Çindən (49%) geri qalır.
Sorğu iştirakçılarının demək olar ki, üçdə iki hissəsi (62%-i) Aİ-nin Azərbaycanda təhsilin dəstəklənməsində daha fəal rol oynamasını istədiyini bildirib.
Ümumilikdə, Aİ haqqında məlumatlılıq səviyyəsi hələ də məhdud və qeyri-bərabərdir. Vətəndaşların 18%-i Aİ barədə ümumiyyətlə eşitmədiyini, 20%-i isə heç bir məlumata malik olmadığını qeyd edib. Bunun əvəzində, rəyi soruşulanların yalnız 16%-i özünü Aİ haqqında yaxşı və ya çox yaxşı, 42%-i isə qismən məlumatlı hesab edir.
Daha çox öyrənin
2026-cı il üzrə Azərbaycanda illik rəy sorğusu – məlumat bülleteni
2026-cı il üzrə Azərbaycanda illik rəy sorğusu – ölkə üzrə hesabat
The post Sorğu göstərir ki, Azərbaycanlıların əksəriyyəti Aİ ilə əlaqələrin yaxşı olduğunu hesab edir, lakin məlumatlılıq səviyyəsi hələ də aşağıdır appeared first on EU NEIGHBOURS east.