Sitarə İbrahimbəyli və onun "Terpsihora" adlı filmi: Aİ-nin Azərbaycanda gender bərabərliyinin qorunmasına dəstəyi haqqında
- Kəsişən sahələr
- Gender məsələləri
- İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
- İdarəçilik, qanunun aliliyi və insan hüquqları
- Mobillik və insanlararası əlaqə
- Mədəniyyət
Gender bərabərliyi sahəsində görülən işlər Aİ-nin Azərbaycandakı fəaliyyətinin ayrılmaz hissəsini təşkil edir. Bütün ölkədə bu istiqamətdə çoxlu sayda layihələr icra olunur.
“Terpsihora” sənədli filmi Avropanın “Açıq Media Mərkəzi” layihəsi tərəfindən dəstəklənən uğurlu layihələrdən birinə çevrilib. Noyabr ayının sonlarında adı çəkilən filmin prodüseri Sitarə İbrahimbəyli ASAN Radio-da “Beynəlxalq qadınlara qarşı zorakılığa qon qoyulması gününə” həsr olunmuş verilişin qonağı olub.
Terpsihora yunan mifologiyasında rəqs ilahəsinin adıdır. Azərbaycan cəmiyyətində mövcud olan gender problemlərini özündə cəmləşdirən film, sosial təzyiqlərdən və çoxsaylı maneələrdən keçmiş, güclü və müstəqil şəxsiyyət olmağı bacaran bir qadının gerçək hekayəsi əsasında çəkilmişdir.
Sitarə İbrahimbəylinin sözlərinə görə, filmin baş qəhrəmanını tapmaq elə də asan olmayıb: “Azərbaycanda gender ilə əlaqəli problemlərlə üzləşən qadınların sayı çoxdur, lakin onların əksəriyyəti kamera qarşısında öz hekayəsini açıq şəkildə danışmaqdan boyun qaçırır”.
Gender bərabərliyinin qorunmasında fəallıq nümayiş etdirən Sitarə İbrahimbəyli hesab edir ki, doğulub-böyüdüyü bölgədən asılı olmayaraq hər bir azərbaycanlı qadın bu və ya digər dərəcədə gender stereotipləri ilə üzləşir. Onun fikrincə, ən geniş yayılmış stereotip “İnsanlar nə deyəcək …” sözləri ilə izah edilən qadınlara qarşı müxtəlif növ məhdudiyyətlər və qadağalardır.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Simona Qattinin sözlərinə görə, gender bərabərsizliyi problemi bütün dünya ölkələrində, o cümlədən Aİ-yə üzv ölkələrdə də aktualdır.
Aİ-nin Azərbaycanda gender bərabərsizliyinə qarşı mübarizə üzrə layihələri iki istiqamətdə – peşəkar hüquqi yardım vasitəsilə qadınlara dəstək olmaqla, eləcə də qadınların sosial-iqtisadi rolunun artırılması vasitəsilə həyata keçirilir. Bunu ASAN Radio-nun efirində Aİ-nin Azərbaycandakı Nümayəndəliyində gender məsələləri ilə bağlı layihələrin kuratoru Məryəm Hacı-İsmayılova bildirib. Onun verdiyi məlumata əsasən, son 10 ildə Avropanın dəstəyi sayəsində Azərbaycanda 10 minə yaxın qadına kömək edilib.
Müsahibəyə tam şəkildə podkastda qulaq asa bilərsiniz: