Skip to main content
Photo: European Union

Seçilmiş rəsmi şəxslər, dövlət məmurları və vətəndaş cəmiyyəti nümayəndələri üçün yeni enerji mənbələrinə keçidə dair təcrübə mübadiləsi proqramı 

28/01/2021

  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
  • Ətraf mühit və iqlim dəyişikliyi

Horizon-2020 proqramı tərəfindən maliyyələşdirilən TOMORROW layihəsi, “Yeni enerji mənbələrinə keçid üzrə təlim estafeti” adlı dörd aylıq təcrübə mübadiləsi proqramının ikinci hissəsinə start verir. Bu kurs seçilmiş məmurlar, dövlət məmurları və yaşadıqları şəhərlərdə yeni enerji mənbələrinə keçid üzrə idarəçilik proseslərinə töhfə verməkdə maraqlı olan vətəndaş cəmiyyəti nümayəndələri üçün işlənib hazırlanmışdır. 

Sözügedən proqram çərçivəsində şəhərlərdə yeni enerji mənbələrinə keçid prosesində çoxlu sayda maraqlı tərəfin iştirakına dair fəaliyyətlərdə əlaqələrin qurulmasını, bilik və təcrübə mübadiləsində iştirakçıları dəstəkləmək nəzərdə tutulub. TOMORROW layihəsi çərçivəsində yeni enerji mənbələrinə keçid üzrə idarəçilik proseslərinin sadələşdirilməsi barədə əldə edilən bilik və təcrübə ictimaiyyətə təqdim olunacaq.

Proqrama 11 mart tarixində keçiriləcək ilk vebinar ilə start veriləcək. Bu tədbir ərzində iştirakçılar fərdi öyrənmə bacarıqlarını dərinləşdirəcək və kiçik qruplar təşkil edəcəklər. Təlimin koordinatoru bütün iştirakçıları istiqamətləndirəcək, qruplarda qarşılıqlı fəaliyyətin qurulmasına kömək edəcək və onlayn tədbirlər təşkil edəcək. Estafet zamanı iştirakçılardan şəhərlərində çoxlu sayda maraqlı tərəfin iştirak etdiyi qarşılıqlı prosesləri əhatə edən planlaşdırılmamış çıxışlar təşkil etmək istəniləcək. Məsələn, yaşadıqları şəhərdə iştirak vasitələrindən birini tətbiq edərək vətəndaş cəmiyyətindən olan həmkarları və ya tərəfdaşları ilə birgə vebinar və ya başqa bir fəaliyyət növü təşkil etmək.

Qeydiyyat üçün son tarix 28 fevraldır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

“Yeni enerji mənbələrinə keçid üzrə təlim estafetində” iştirak etmək üçün ərizə ilə müraciət edin