Photo: European Union

Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü: Aİ və ÜST Azərbaycana psixi sağlamlıq sahəsində dəstək verir 

15/07/2021

  • İqtisadi inkişaf və bazar imkanları
  • Məşğulluq və sahibkarlıq
  • Mobillik və insanlararası əlaqə
  • Səhiyyə

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Aİ tərəfindən maliyyələşdirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində Azərbaycanda psixoloq və sosial işçilərin sayının artırılmasına dəstək verəcək. Bu əməkdaşlıq çərçivəsində psixi sağlamlıq üzrə uzunmüddətli stasionar xidmət göstərən müəssisələr olan 1 saylı Respublika Psixiatriya Xəstəxanası (Maştağa qəsəbəsi) və 1 Saylı Psixonevroloji Sosial Xidmət müəssisəsində (Buzovna qəsəbəsi) psixoloqlar və sosial işçilər fəaliyyətə başlayacaq. 

Maraqlanan şəxslər iyulun 22-nə qədər sözügedən vakansiyalara müraciət edə bilərlər.

2020-ci ilin sonundan etibarən COVID-19 pandemiyası və Daqlıq Qarabağ münaqişəsi səbəbi ilə ölkənin artan ehtiyaclarına cavab olaraq ÜST-ün Azərbaycandakı nümayəndəliyi bu ölkədə 98 psixi sağlamlıq və psixo-sosial dəstək mütəxəssisi üçün təlimlər təşkil edib. Bu işlər əsasən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Bu mütəxəssislərin 50-dən çoxu təlim proqramlarında iştirak edib və hazırda həmkarları üçün keçirilən təlimlərdə iştirak edirlər. Onların 30-dan çoxu isə Kolumbiya Universiteti və Queen Margaret Universitetlərinin təşkil etdiyi onlayn təlim proqramlarında iştirak ediblər. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 

Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021