Skip to main content
Photo: European Union

Şərq Tərəfdaşlığı ölkələrində "Qadınların ədalət mühakiməsinə çıxışı" adlı onlayn kurs keçirilir

11/06/2021

  • Kəsişən sahələr
  • Gender məsələləri
  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları

İyunun 8-də Avropa Şurası qadınların ədalət mühakiməsinə çıxışına dair onlayn təlim kursuna başlayıb. Kursun məqsədi Şərq Tərəfdaşlığı ölkələrində qadınlara qarşı ayrıseçkiliyə yol verilmədən onların ədalətə çıxışı imkanlarının təmin edilməsi məqsədilə hüquq-mühafizə sisteminin təkmilləşdirilməsinə dəstək verməkdir.

Kurs ərzində Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada 140-dan çox hakim və prokuror üçün yerli təlimçilərin iştirakı ilə təlimlər təşkil olunacaq və onların Aİ-nin gender bərabərliyinə dair standartları ilə daha yaxından tanış olmasına şərait yaradılacaq.

Kurslar Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən “Qadınların ədalət mühakiməsinə çıxışı: İstanbul Konvensiyasının və gender bərabərliyinə dair digər Avropa standartlarının həyata keçirilməsi” layihəsi çərçivəsində təşkil olunur. Sözügedən layihə Aİ-nin maliyyə dəstəyi ilə Avropa Şurası tərəfindən həyata keçirilən Səmərəli idarəçilik üzrə tərəfdaşlıq (2019-2021) proqramının bir hissəsidir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama