Regional inkişaf layihələri üçün "Regiostars" mükafatı
- Kəsişən sahələr
- Vətəndaş cəmiyyəti
- Gender məsələləri
- Media azadlığı və müstəqilliyi
- İqtisadi inkişaf və bazar imkanları
- Məşğulluq və sahibkarlıq
- Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı
- İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
- İdarəçilik, qanunun aliliyi və insan hüquqları
- Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
- Nəqliyyat
- Enerji və enerji səmərəliliyi
- Ətraf mühit və iqlim dəyişikliyi
- Mobillik və insanlararası əlaqə
- Miqrasiya və mobillik
- Gənclər
- Təhsil və peşə təlimi
- Mədəniyyət
- Tədqiqat və innovasiya
- Səhiyyə
- Milli azlıqlar
Aİ tərəfindən maliyyələşdirilən və regional inkişafda mükəmməllik və yeni yanaşmalar nümayiş etdirən layihələr “Regiostars” adlı Avropa mükafatı üzrə müsabiqədə iştirak etməyə dəvət olunur. Qaliblərə media kampaniyasının keçirilməsi üçün 500 avro mükafat veriləcək.
“Regiostars” Avropa Regional və Şəhər Siyasəti üzrə Baş Direktoratı tərəfindən hər il təşkil olunan müsabiqədir. Onun məqsədi regional inkişaf üzrə qabaqcıl təcrübələri və Aİ-nin maliyyə dəstəyi ilə icra olunan innovativ layihələri aşkar etmək və digər regionlar, eləcə də layihə rəhbərləri üçün ilhamverici və cəlbedici layihələri nümayiş etdirməkdir.
Bu ilki müsabiqə beş fərqli nominasiyada təqdim olunacaq:
- AĞILLI Avropa: Yerli müəssisələrin rəqəmsal dünyada rəqabət qabiliyyətinin artırılması
- YAŞIL Avropa: Şəhər və kənd yerlərində ekoloji təmiz və dayanıqlı icmalar
- ƏDALƏTLİ Avropa: İnteqrasiyanın artırılması və ayrıseçkiliyin qarşısının alınması.
- ŞƏHƏR Avropa: Funksional şəhər yerlərində ekoloji təmiz, dayanıqlı və dairəvi qida sistemlərinin təşviqi.
- İLİN MÖVZUSU: Regionlarda ekoloji təmiz yerdəyişmənin artırılması: Avropa dəmir yolları ili 2021
Müraciətlər layihə rəhbəri tərəfindən təqdim edilməlidir və Aİ-nin maliyyələşdirməsini təmin edən rəhbər orqanın (Avropa Regional İnkişaf Fondu, Birlik Fondu, Avropa Sosial Fondu, Üzvlük öncəsi alət və ya Avropa Qonşuluq Aləti) təsdiqi tələb olunur.
Finalçılar oktyabr ayında Avropa rayonlar və şəhərlər həftəsi çərçivəsində keçiriləcək təlim sessiyalarına dəvət olunacaqlar. Beş nominasiya üzrə qaliblər və ictimaiyyətin seçdiyi qalib 2021-ci ilin dekabrında Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək mərasimdə mükafatlandırılacaqlar. Beş nominasiya üzrə qaliblərə media kampaniyalarının keçirilməsi üçün 5000 avro dəyərində mükafat təqdim ediləcək.
Onlayn müraciət platforması 2021-ci ilin fevralın 9-dan mayın 9-na qədər açıq olacaq.
Daha çox öyrən
“Regiostars” mükafatı 2021 onlayn müraciət platforması