EU4Green Recovery East (EU4GRE) proqramı
Təsvir
“EU4Green Recovery East” proqramı Şərq Tərəfdaşlığı ölkələrinin daha yaşıl, davamlı və
rəqabətədavamlı iqtisadiyyata keçidini dəstəkləyir.
Avropa İttifaqı tərəfindən 21,3 milyon avro məbləğində maliyyələşdirilən bu proqram
(2025–2028-ci illər) “European Green Deal” və “Global Gateway” strategiyaları ilə
uyğunlaşdırılmışdır. Layihə yeni iş yerlərinin yaradılmasına, əhalinin sağlamlığının qorunmasına
və resursların səmərəli idarə olunmasına xidmət edən ekoloji siyasət innovasiyalarını təşviq edir.
Su ehtiyatlarının idarə edilməsi və yaşıl iqtisadiyyat sahəsində Aİ-nin onillik təcrübəsinə
əsaslanan “EU4Green Recovery East” aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcək:
• Dairəvi iqtisadiyyatın və resursların səmərəliliyinin təşviqi. Müəssisələrə yeni iş yerlərinin
yaradılması, xərclərin azaldılması və idxaldan asılılığın minimuma endirilməsi üçün dairəvi
iqtisadiyyat modellərinin tətbiq edilməsində dəstək.
• Su ehtiyatlarının mühafizəsi və çirklənmənin azaldılması. İctimai sağlamlığın və
ekosistemin qorunması məqsədilə suyun keyfiyyətinin monitorinqi və idarəetmə sistemlərinin
təkmilləşdirilməsi.
• Aİ-nin ətraf mühitə dair standartlarına uyğunlaşma. Hökumətlərin Aİ-nin ətraf mühit
üzrə siyasətlərinə (Aİ qanunvericiliyinin 27-ci fəsli) uyğunlaşmasının dəstəklənməsi.
• Ətraf mühitə dair məlumatların və rəqəmsallaşmanın gücləndirilməsi. Ətraf mühitə dair
səmərəli siyasət qərarlarının qəbulu üçün ölkə və Aİ səviyyəsində ətraf mühit üzrə məlumatların
inteqrasiyasının və mübadiləsinin yaxşılaşdırılması.
• Ətraf mühitə dair məsələlər üzrə transsərhəd əməkdaşlığın genişləndirilməsi.
Transsərhəd çirklənmənin aradan qaldırılması məqsədilə ortaq su və hava ehtiyatlarının idarə
olunmasında regional tərəfdaşlığın təşviqi.

Konkret məqsədi
1. Tam həyat dövrü yanaşmaları əsasında dövri iqtisadiyyatın təşviqi;
2. İqtisadiyyat üçün vacib resurs olan su ehtiyatlarına diqqət yetirməklə çirklənmənin
azaldılması;
3. Qanunvericiliyin “European Green Deal” təşəbbüsü, o cümlədən müvafiq hallarda Aİ
qanunvericiliyinin 27-ci fəsli ilə uyğunlaşdırılması və üzvlük prosesinin asanlaşdırılması;
4. Aİ miqyasında ətraf mühit sahəsində əməkdaşlıq platformalarına inteqrasiya;
5. Aİ-nin “Global Gateway” strategiyası və infrastrukturun modernləşdirilməsi üzrə beynəlxalq
öhdəliklərə riayət olunmasının təşviqi.

Gözlənilən nəticələr
1. Kiçik və orta sahibkarlıq (KOB-lar) subyektləri, eləcə də yerli tənzimləyici qurumlar dairəvi
iqtisadiyyata keçid və daxili material istehlakının azaldılması istiqamətində zəruri potensiala
malik olacaq;
2. Namizəd ölkələrdə Aİ standartlarına uyğun, təbiətyönümlü və iqlimə uyğunlaşdırılmış çay
hövzələrinin idarə edilməsi planları tam tətbiq ediləcək, digər Şərq Tərəfdaşlığı ölkələrində isə
Aİ-nin su sahəsində qanunvericiliyi və təcrübələri ilə uyğunlaşma sahəsində irəliləyiş əldə
olunacaq;
3. “European Green Deal” təşəbbüsü və 27-ci fəsil üzrə institusional biliklər artırılacaq, namizəd
ölkələr üzvlük prosesində ətraf mühit sahəsində müvafiq dəstəklə təmin ediləcək;
4. Aİ miqyasında ətraf mühit sahəsində əməkdaşlıq platformalarına inteqrasiya dərinləşdiriləcək
və ətraf mühit sahəsində məlumatlara ictimai çıxış imkanı yaradılacaq;
5. BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində ətraf mühit sahəsində beynəlxalq
öhdəliklərə riayət səviyyəsi yüksəldiləcək, “Global Gateway” strategiyası üçün prioritet olan
məsələlər üzrə transsərhəd əməkdaşlıq gücləndiriləcək.

Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Transsərhəd əməkdaşlıq, Rəqəmsallaşdırma, Şərq Tərəfdaşlığı, Ətraf mühit ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna Layihənin statusu:
Davam edir Başlama tarixi:
01.01.2025 Bitmə tarixi:
31.12.2028 Aİ Layihə nömrəsi:
700002623 