Skip to main content

Aİ–AYİB Yerli Valyuta Proqramı

Təsvir
“Aİ–AYİB Yerli Valyuta Proqramı” Şərq Tərəfdaşlığı ölkələrində fəaliyyət göstərən mikro, kiçik və
orta sahibkarlıq (MKOM-lar) subyektlərinin, habelə ev təsərrüfatlarının əlverişli şərtlərlə yerli
valyutada maliyyə resurslarına çıxışını dəstəkləmək məqsədilə hazırlanmışdır.
Bu fəaliyyət müxtəlif makroiqtisadi şəraitlərə uyğunlaşdırılmış üç innovativ maliyyə alətini
təqdim edir. Eyni zamanda, layihəyə cəlb olunmuş yerli maliyyə vasitəçiləri tərəfindən MKOB-
lara və ev təsərrüfatlarına ayrılan vəsaitlərin ardıcıl olaraq məhz yerli valyutada təqdim
edilməsini təmin edir.
Konkret məqsədi
1. Yerli valyutada əlçatan orta və uzunmüddətli kreditlərin artırılmasını təşviq etmək.
2. Yerli valyutada kreditlərin verilməsi sahəsində mövcud olan potensial maneələri aradan
qaldırmaq.
3. Qısamüddətli təsir ilə bazarın uzunmüddətli inkişafı arasında tarazlığı təmin etmək.
Gözlənilən nəticələr
1. 2028-ci ilədək müxtəlif regionlarda və paytaxtdan kənarda yerləşən ən azı 25 MKOB/ev
təsərrüfatının maliyyə xidmətləri ilə təmin edilməsi.
2. 2028-ci ilədək müvafiq hədəf qrupuna 12,5 milyon (AYİB-in ümumi maliyyələşdirməsi)
məbləğində yeni kreditlərin/investisiyaların ayrılması.
3. 2028-ci ilədək ən azı 50 MKOB/ev təsərrüfatının kreditlərə/investisiyalara çıxışının təmin
edilməsi.
Layihə xəritəsi
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Biznes, Şərq Tərəfdaşlığı
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
09.12.2023
Bitmə tarixi:
09.12.2030
Sosial media:

Aİ Layihə nömrəsi:
416-309