Skip to main content

İş qadınları (II mərhələ)

Təsvir
Bu fəaliyyət Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində maliyyə vəsaitlərinə, eləcə də qeyri-maliyyə
biznes inkişafı xidmətlərinə çıxışı asanlaşdırmaqla qadın sahibkarlığını və daha geniş miqyasda
qadınların biznesdə iştirakını təşviq etmək və dəstəkləmək üçün nəzərdə tutulmuşdur. Proqram
qadınlar üçün ayrılmış xüsusi kredit xətlərindən, ilkin zərər riskinin qarşılanması mexanizmindən
və Tərəfdaş maliyyə qurumları (TMQ) üçün yerli valyutada faiz dərəcəsinin
subsidiyalaşdırılmasından ibarətdir. Bundan əlavə, proqram çərçivəsində Tərəfdaş maliyyə
qurumları üçün potensialın artırılması tədbirləri, ŞT ölkələrindəki qadın sahibkarlar üçün isə
biznes məsləhətləri, təlim və şəbəkələşmə fəaliyyətləri həyata keçiriləcək.
Konkret məqsədi
Proqramın ümumi məqsədi iqtisadiyyatda qadınların rəhbərlik etdiyi mikro, kiçik və orta
sahibkarlıq müəssisələrinin (KOB-lar) rolunu gücləndirməklə Şərq Tərəfdaşlığı ölkələrində daha
rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyatlara keçidi stimullaşdırmaqdır. Başqa sözlə, layihə bu
ölkələrdəki qadın sahibkarların uğur qazanmaq üçün real və ədalətli imkanlara malik olmasını
təmin etməyi hədəfləyir.
Proqramın xüsusi məqsədləri bunlardır:
I. Qadınların rəhbərlik etdiyi mikro, kiçik və orta bizneslərin (KOB-lar), o cümlədən ilk dəfə
kredit götürənlərin, startapların və iri şəhərlərin mərkəzlərindən kənarda yerləşən borcalanların
maliyyəyə çıxışının artırılması
ii. Tərəfdaş maliyyə qurumlarının qadın sahibkarları seqmentinə xidmət göstərmək
potensialının artırılması vasitəsilə maliyyə sisteminin diversifikasiyası və dərinləşdirilməsi
iii. Yerli səviyyədə fəaliyyət göstərən vasitəçi maliyyə təşkilatlarını qadınların rəhbərlik
etdiyi KOB-lara aktiv şəkildə vəsait ayırmağa həvəsləndirmək və ümumi maliyyələşmə həcmini
artırmaqla, regionda qadınların rəhbərlik etdiyi müəssisələr üçün yerli valyutada uzunmüddətli
maliyyələşmənin mövcudluğunu və şərtlərini yaxşılaşdırmaq
iv. Əhatə dairəsini genişləndirmək üçün xüsusilə rəqəmsal mexanizmlərdən istifadə
etməklə qadın sahibkarların praktiki bacarıqlara və biznesin inkişafı üzrə qabaqcıl təcrübələrə
çıxışını artırmaq
v. Qadın sahibkarların bacarıqlarının artırılması və şəbəkələrinin genişləndirilməsi
Gözlənilən nəticələr
Proqramın qadın sahibkarların maliyyəyə və praktiki bacarıqlara çıxışını artıracağı gözlənilir.
Yaradılan təsirin tam mənzərəsini təqdim etmək məqsədilə, bu proqram çərçivəsində əldə
olunan nəticələr bütövlükdə Proqramı əks etdirən məntiqi çərçivədə öz əksini tapacaq.
Proqramın əsas nəticələri aşağıdakı kimidir:

• AYİB tərəfindən TMQ-lər üçün 50 000 000 avro məbləğində yeni maliyyə vəsaitinin
ayrılması;
• Proqram çərçivəsində ən azı 13 TMQ-yə xüsusi kredit xətlərinin verilməsi (onlardan 5-i
yeni tərəfdaş maliyyə qurumu olacaq);
• Proqram çərçivəsində an azı 5 yeni TMQ-nin texniki yardım alması;
• Proqram çərçivəsində TMQ-lər tərəfindən qadınların rəhbərlik etdiyi KOB-lara 60 000
000 avro məbləğində maliyyə vəsaitinin təqdim edilməsi;
• Qadınların rəhbərlik etdiyi KOB-lara 3000 sub-kreditin verilməsi;
• Ən azı 264 qadının rəhbərliyindəki KOB öz ehtiyaclarına və strateji prioritetlərinə uyğun
olaraq onlara göstərilən fərdi məsləhət xidmətlərindən faydalanacaq və bu xidmətlərin
yaradacağı səmərə icra başa çatdıqdan bir il sonra ölçüləcək.
• Ən azı 750 qadının təlim və mentorluq fəaliyyətlərindən faydalanması;
• Ən azı 950 qadın şəbəkələşmə, məlumatlandırma və əhatə dairəsinin genişləndirilməsi
fəaliyyətlərindən faydalanacaq.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Biznes, Şərq Tərəfdaşlığı, Məşğulluq, Yerli inkişaf, Qadınlar
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
21.12.2021
Bitmə tarixi:
21.12.2027
Sosial media:

Aİ Layihə nömrəsi:
430-495