Planetimiz Naminə
Saf su, təmiz hava, münbit torpaq, yaşıl enerji!
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, COP29-a hazırlıq çərçivəsində təbii sərvətlərin qorunması haqqında maarifləndirməni artırmaq məqsədilə “Planetimiz üçün – Saf su, təmiz hava, münbit torpaq, yaşıl enerji” adlı ictimai kampaniyaya start verib. Seminarlar, açıq hava tədbirləri, sosial media kampaniyaları, tədbirlər və foto müsabiqəsi kimi müxtəlif fəaliyyətlər vasitəsilə Aİ nümayəndəliyi təbii resursların idarə edilməsi və iqlim fəaliyyəti üzrə Avropa İttifaqının siyasətləri, prioritetləri və strategiyaları haqqında məlumatlılığı artırmağa ümid edir. Eyni zamanda, bu kampaniya Azərbaycanda Aİ-nin ekoloji layihələrinin nailiyyətlərinin tanıdılmasına kömək edəcək.
Kampaniya fərdləri və təşkilatları resursların daha səmərəli istifadəsinə və iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı praktik addımlarla mübarizə aparmağa təşviq edəcək.
Faktlar və Rəqəmlər
Hər il dünyada təxminən 10 hektar meşə məhv olur. Kənd təsərrüfatı, şəhərlərin böyüməsi, ağac kəsimləri, meşə yanğınları kimi amillər bizi bu statistika və onun təsirləri ilə üz-üzə qoyur. İtirilən meşələr biomüxtəlifliyə, iqlim dəyişikliyinə, ekosistemlərə ciddi təsir göstərir.
Sahib olduğumuz yaşıllıqları qorumaq, itirdiklərimizi bərpa etmək üçün həmrəy olaq.
Avropa İttifaqı yaşıl dünya üçün səylərini davam etdirir. 2021-ci ildən bəri 15 milyon ağac əkilməsinə nail olunub. Sözsüz ki, meşəsalma və meşələrin bərpası yolundakı işlərin hələ ardı var.
Sağlam həyat üçün ekosistemi və onun vacib parçası olan yaşıllıqları qorumaq hər birimizin borcudur!
Təbiəti qorumaq və bərpa etmək Avropa İttifaqının əsas hədəflərindəndir. Biz 2030-cu ilə qədər 3 milyard ağac əkməyi qarşımıza öhdəlik olaraq qoymuşuq. Məqsəd karbonu təbii olaraq azaltmaqla ilqim dəyişikliyi ilə mübarizə aparmaq, hava keyfiyyətini artırmaq, ekosistemləri dəstəkləməkdir. Bu ağacları böyütmək və təbiətə qazandırmaq üçün hər kəsin dəstəyi vacibdir.
Birlikdə atılan addımlarla yaşadığımız dünya yaşıllıqlara bürünəcək!
Dünya nəfəs alsın!
Avropa İttifaqı 2050-ci ilə qədər hər il təxminən 15 ton karbon qazını atomosferdən çıxarmağı hədəfləyir və bunun üçün bir neçə istiqamətdə işlər aparır. Biomüxtəlifliyin, ekosistemin bərpası, meşələrin salınması və bərpası, dayanıqlı torpaq idarəçiliyi, innovativ texnologiyaların tətbiqi karbon emissiyasının azaldılması və karbon udma qabiliyyətini artırmaq istiqamətindəki müxtəlif planların sadəcə bir hissəsidir.
İzləri təbiətə faydalı olan addımlar ataq, dünyanı qoruyaq!
Avropa İttifaqının #EU4Energy layihəsi ilə bərpa olunan enerji mənbələrinin inkişafını təşviq edirik və sıfır emissiyalı nəqliyyat vasitələrinin istifadəsini artıraraq karbon izimizi azaltmağa çalışırıq.
Sən də elektrik nəqliyyat vasitələrinə keçid edərək ətraf mühitin qorunmasına töhfə ver!
Avropa İttifaqının #EU4Lankaran layihəsi su resurslarının idarə olunması və su təmizləmə sistemlərinin təkmilləşdirilməsinə töhfə verir.
Qlobal su qıtlığını azaltmaq üçün sən də suya qənaət et!
Avropa İttifaqı #Twinning layihəsi ilə havanın keyfiyyətinin yaxşılaşdırılması və çirkləndirici maddələrin azaldılması ilə bağlı mühüm addımlar atır. Təmiz hava üçün sən də öz töhfəni ver!
Avropa İttifaqının dayanıqlı kənd təsərrüfatı layihələri ekoloji kənd təsərrüfatını dəstəkləyir və təbiəti qorumaq üçün təbii gübrələrdən istifadəyə çağırır.
Sağlam gələcək üçün sən də bu təşəbbüsə dəstək ol!
Daxili yanma mühərriki olan avtomobilləri park edərkən mühərriki işlək saxlamaq zərərli qazların yayılmasını artırır. Elektrikli avtomobillərə keçid edin və karbon izinizi azaldın.
Tədbirlər
Fransız-Azərbaycan Universitetində (UFAZ) “Enerji səmərəliliyi və bərpa olunan enerjilər” mövzusunda tədbir keçirildi
Avropa İttifaqı “Planetimiz naminə” adlı ictimai kampaniyasını davam etdirir. Oktyabrın 11-də EU4Energy mütəxəssisləri tərəfindən Fransız-Azərbaycan Universitetinin (UFAZ) və Dövlət Neft Akademiyasının tələbələri üçün “Enerji səmərəliliyi və bərpa olunan enerjilər” mövzusunda tədbir keçirildi. “Avstriya Tənzimləyici E-Kontrolun Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi” üzrə direktoru və “Gürcüstan Dövlət Elektrik Sistemi” idarə heyətinin üzvü tədbirdə iştirak edərək dəyərli fikirlərini tələbələrlə bölüşdülər.
Vopke Hoekstra BMT-nin illik İqlim Konfransı ərəfəsində Azərbaycanda keçirilən COP29-öncəsi iclasda iştirak edəcək
Aİ “Planetimiz üçün” Seminarı ilə Gənclərin Yaşıl Enerji Sahəsində İştirakını Gücləndirir
Avropa İttifaqı gələcək nəsillərə daha yaşıl və təmiz bir dünya miras qoymaq üçün səylərini əsirgəmir.
Bu məqsədlə “Planetimiz naminə” adlı ictimai kampaniyasını davam etdirir. 12 oktyabr tarixində Avropa İttifaqı Şərq Tərəfdaşlığı və Gənc Avropa Səfirlərinin əməkdaşlığı əsasında baş tutan tədbirin məqsədi məktəblilərin enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri haqqında biliklərini artırmaq idi.
Fotomüsabiqə
PLANETİMİZ NAMİNƏ- SAF SU, TƏMİZ HAVA, MÜNBİT TORPAQ, YAŞIL ENERJİ!
“Planetimiz Naminə” kampaniyası çərçivəsində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Bakıda COP29-a qədər təbii ehtiyatların qorunması və iqlimlə bağlı fəaliyyət strategiyaları haqqında məlumatlılığı artırmaq üçün fotomüsabiqə təşkil edir.
ADA Tələbələri “Planetimiz Naminə” Kampaniyasında Şəhər Bağçılıq Həllərini Araşdırırlar
Avropa İttifaqının “Planetimiz naminə” kampaniyası çərçivəsində ADA Universitetində “Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin tələbələri ilə urbanizasiyanın təsiri barədə müzakirələr aparıldı.
ADA Universitetində “Enerji Səmərəliliyi və Davamlılıq Təlimi” keçirildi
Hekayələr
Ozzi və dostları ilə birgə bərpa olunan enerji növlərini kəşf edin
Dağsiçanı Ozzi Aİ-nin enerjinin səmərəliliyi üzrə gənc səfiridir! O, həm də təmiz enerjidən istifadə və enerjiyə qənaət haqqında komikslərin baş qəhrəmanıdır.
Ozzi həm çox şirin, həm də çox ağıllıdır və planeti xilas etmək arzusundadır. O, bərpa olunan enerjinin gələcəyimiz üçün nə dərəcədə vacib olduğunu göstərən bu səhifəni yaratmaqda Aİ-yə kömək edib.