“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlim keçirilmişdir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in Təhsildə Keyfiyyət Təminatı Agentliyinə dəstək məqsədilə icra etdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 19 iyul 2023-cü il tarixlərində “Orta İxtisas Təhsili Müəssisələrinin Pilot Akkreditasiyası” mövzusunda təlim keçirilib.
Təlim beynəlxalq ekspert Dr. Akim Hopbax tərəfindən keçirilib. Təlim orta ixtisas təhsili sahəsində 10 təcrübəli ekspert üçün təşkil edilib. Təlimdə orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası, akkreditasiyanın meyar və prosedurları, yerində qiymətləndirmənin keçirilməsi, özünütəhlil və akkreditasiya hesabatının hazırlanması haqqında məlumat verilib və sual-cavab sessiyası keçirilib.
Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.