Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlim seminarı keçirilmişdir

19/12/2022

16 dekabr 2022-ci il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi“ layihəsi çərçivəsində “Qeyri-formal və informal təhsilin tanınması üzrə beynəlxalq təcrübə” mövzusunda beynəlxalq ekspert Dr Patrik Verkuin tərəfindən təlim seminarı keçirilmişdir. Layihə “IBF International Consulting“ şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.

Təlim seminarının iştirakçıları Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamenti və bölmələrinin əməkdaşları olub. Təlim seminarı qeyri-formal və informal təhsilin tanınması sahəsində beynəlxalq təcrübələri əhatə edib.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı Komissiyası arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir.