Avropa İttifaqının maliyyələşdirdiyi “SEEDS” layihəsindən dəstək alan Goranboy kənd sakini Aygün xanım (ad şərtidir) özünə qapalı və öz bacarığına inanmayan bir xanım olub, ailə üzvləri tərəfindən daim psixoloji təzyiqə məruz qalaraq maddi sıxıntı çəkib. Aygün xanım layihənin təşkil elədiyi təlimlərdə iştirak edərək kiçik biznesə dəstək kampaniyasına qoşulur və bir müddət sonra həyatında böyük dəyişikliklər edir. Əvvəllər özünü biznes sahəsində təsəvvür belə etməyən Aygün xanım indi maliyyə cəhətdən müstəqildir və biznesini müvəffəqiyyətlə idarə edir. Mübariz və bacarıqlı qadınlarımızla fəxr edirik.