
Moldovada Rəqəmsal sahə üzrə Yüksək Səviyyəli Əlaqəlilik Platformasının ilk iclası keçirilib

Noyabrın 9-da və 11-də Moldovanın paytaxtı Kişinyovda Avropa Komissiyası və Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin birgə təşkilatçılığı ilə Rəqəmsal sahə üzrə Yüksək Səviyyəli Əlaqəlilik Platformasının ilk iclası keçirilib. Görüş Avropa İttifaqı, Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında təhlükəsiz rəqəmsal əlaqələri gücləndirməyə həsr olunub.
Görüş Qara dəniz regionu, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə Mərkəzi Asiya arasında Aİ-nin inteqrasiya olunmuş təhlükəsiz bağlantı təklifini dəstəkləmək məqsədi daşıyır.
Platforma təhlükəsiz, etibarlı və dayanıqlı rəqəmsal əlaqələri gücləndirmək məqsədilə Avropa texnologiyasını, təcrübəsini, standartlarını və maliyyələşməsini bir araya gətirib. O, Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqazla, Türkiyə və Qara dəniz vasitəsilə birbaşa Avropa bazarına birləşdirəcək Orta Dəhlizin yaradılması üzrə Aİ-nin planlarına töhfə verib. Məqsəd marşrutları şaxələndirmək, ticarət axınlarını üç dəfə artırmaq və 2030-cu ilədək yük daşımalarının tranzit vaxtını yarıya endirməkdir.
Noyabrın 9-da keçirilən iclasda Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos və Moldovanın baş naziri Vasile Tofan, rəqəmsal transformasiyaya cavabdeh olan nazirlər, Aİ-yə üzv dövlətlərin, Qara dəniz regionunun, Türkiyənin, Cənubi Qafqazın və Mərkəzi Asiyanın yüksək səviyyəli nümayəndələri, beynəlxalq maliyyə institutları və özəl sektorun təmsilçiləri iştirak edib.
Aİ-nin inteqrasiya olunmuş təhlükəsiz rəqəmsal əlaqə üzrə təklifi Aİ-nin Beynəlxalq Rəqəmsal Strategiyasında göstərildiyi kimi və Aİ-nin “IRIS kimi” təhlükəsiz rəqəmsal əlaqə üzrə təşəbbüslərinə və 5G texnologiyasının təhlükəsizliyi üzrə alətlər toplusuna uyğun olaraq Aİ-nin Texnoloji Biznes Təklifinin regional tətbiqidir.
Rəqəmsal Əlaqə Gündəliyi Platforması çərçivəsində bu təklif Avropa təcrübəsini, Aİ-nin dövlət maliyyələşdirmə alətlərini və təhlükəsizlik standartlarını Orta Dəhliz boyu birləşdirməklə tərəfdaş ölkələrlə etibarlı rəqəmsal infrastruktura strateji investisiya layihələrinə şərait yaradacaq. Bu, regionu daha təhlükəsiz, daha əlaqəli və daha dayanıqlı edərək həm vətəndaşlara, həm də iqtisadiyyata fayda verəcək.
Rəqəmsal sahə üzrə Əlaqəlilik Platformasının iclasında Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos həmçinin Aİ tərəfindən maliyyələşdirilən və 1 milyon avro büdcəyə malik “WiFi4Moldova” təşəbbüsünə start verib.
Daha çox öyrənin
The post Moldovada Rəqəmsal sahə üzrə Yüksək Səviyyəli Əlaqəlilik Platformasının ilk iclası keçirilib appeared first on EU NEIGHBOURS east.