Skip to main content
Photo: European Union

Məişət işlərində cinsiyyət önəmli deyil: EU4Gender Equality gender stereotiplərinə qarşı yeni “Beyond Look” kampaniyasına start verir

15/01/2021

  • Kəsişən sahələr
  • Gender məsələləri

“EU4Gender Equality” layihəsi tərəfindən Şərq Tərəfdaşlığı regionundakı cəmiyyətləri ənənəvi kişi və qadın rolları haşiyəsindən kənara çıxmağa təşviq etmək və məişət işləri və uşaq baxımında cinsiyyətin əhəmiyyətli olmadığına inandırmaq üçün “Look Beyond” adlı yeni kampaniyaya start verib.

BMT-nin Qadınlar üçün İnkişaf Fondu və Əhali Fondu (UNFPA) tərəfindən birgə icra olunan kampaniya Avropa İttifaqının maliyyələşdirdiyi “EU 4 Gender Equality: Gender stereotipləri və genderə əsaslanan zorakılığa qarşı birgə mübarizə adlı regional proqram çərçivəsində həyata keçirilir.

COVID-19 pandemiyası nəticəsində çoxlu sayda insan işsiz qaldı və bir çox insan indi evdə işləyir. Məktəblərin və digər uşaqlara qulluq müəssisələrinin bağlanması ailələrin, xüsusən də qadınların ödənişsiz məişət qayğıları ilə bağlı yükünü kəskin şəkildə artırdı. Kampaniya, bu yükün həm kişilər, həm də qadınlar tərəfindən bərabər şəkildə paylaşılmasını təmin etmək məqsədi daşıyır.

BMT-nin Qadınlar üçün İnkişaf Fondunun məlumatına əsasən, pandemiya başlamazdan əvvəl, dünya miqyasında qadınlar hər gün 16.4 milyard saat həcmində vaxtlarını ödənişsiz qayğı işinə sərf edirdilər. Bu, kişilərin sözügedən işlərə sərf etdiyi vaxtdan üç dəfə çoxdur və səkkiz saat tam ştat işləyən 2 milyard insana bərabərdir.

“Ipsos” tərəfindən BMT-nin Qadınlar üçün İnkişaf Fondu üçün 18 ölkədə həyata keçirilən tədqiqat göstərir ki, pandemiya başladıqdan sonra, qadınlar həftədə ümumilikdə 31 saat olmaqla, gündə 5.2 saat əlavə olaraq uşaq baxımına vaxt sərf etməyə başlayıblar. Müqayisə üçün qeyd edək ki, kişilərin uşaq baxımına sərf etdiyi vaxt 3.5 saat artaraq həftədə ümumilikdə 24 saat təşkil etmişdir. 

“Kişilərin ödənişsiz qulluq işinə daha çox vaxt sərf etməsi, qadınların daha az stresslə üzləşməsi, peşəkar inkişafları üçün daha çox vaxt sərf etməsi və digər yollarla köhnəlmiş gender rollarından kənara çıxmaq imkanı əldə etməsi deməkdir. Bundan başqa, ailə daxilində gender stereotipləri ilə mübarizə və kişiləri öz kişiliklərini fərqli yollarla anlamağa və müəyyənləşdirməyə təşviq nəticəsində ailədaxili zorakılıq halları azalmış, qadınların öz evlərində özlərini daha etibarlı hiss etdikləri aşkar olunmuşdur”. BMT-nin Qadınlar üçün İnkişaf Fondunun internet səhifəsindəki məqalədə belə deyilir.

“Look Beyond” kampaniyası ciddi siyasi təşəbbüsləri həyata keçirməklə yanaşı, ev işlərini cütlüklər arasında təsadüfi şəkildə paylayan İnstagram filtri kimi mini oyunlar vasitəsilə müxtəlif maraqlı təşviqlərdən də istifadə edir.

“EU 4 Gender Equality: “Gender stereotipləri və genderə əsaslanan zorakılığa qarşı birgə mübarizə” proqramı (2020-2023) gender rolları barədə sosial təsəvvürləri dəyişdirməklə, gender stereotiplərini aradan qaldırmaqla, kişilərin uşaq baxımı və digər məişət işlərində iştirakını artırmaqla qadınlar və kişilər üçün bərabər hüquq və imkanların gücləndirilməsinə yönəlmişdir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama