Layihə çərçivəsində həyata keçirilən işlər
Layihə çərçivəsində suvarma sisteminin təkmilləşdirilməsi, tərəkəmə xalça istehsalı sexinin qurulması, yolüstü servis kooperativinin yaradılması, hələb keçi fermasının tikilməsi və balışın təşkili təsərrüfatının yaradılması işləri həyata keçirilib. Layihə evləri və təsərrüfatları 2010-cu ildə Kür çayında baş vermiş daşqınlar nəticəsində yararsız hala düşmüş İmişli rayonunun Telişli ekomiqrant qəsəbəsinin sakinləri üçün yeni gəlir mənbələrinin formalaşdırılması və sosial-iqtisadi problemlərinin həllində icmanın rolunu artırmaq məqsədi daşıyırdı.