Skip to main content
Photo: European Union

Şəkidə yerləşən peşə təhsili müəssisələrində “Açıq qapı” günləri keçirilib

11/06/2021

  • İqtisadi inkişaf və bazar imkanları
  • Məşğulluq və sahibkarlıq
  • Mobillik və insanlararası əlaqə
  • Gənclər
  • Təhsil və peşə təlimi

İyunun 9-da Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Açıq qapı” günləri Şəki şəhərində yerləşən peşə təhsil müəssisələri ilə başa çatıb. 

Gəncə, Cəlilabad və Şəkidə fəaliyyət göstərən peşə təhsili mərkəzlərində “Açıq qapı” günlərinin keçirilməsinin məqsədi peşə təhsili mərkəzləri haqqında cəmiyyətə daha çox məlumat vermək və peşə təhsilinin gənclər üçün cəlbediciliyini artırmağa kömək etməkdir.

Sayca  beşinci olan tədbir Şəki Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə təşkil olunub. Onlayn qaydada keçirilən tədbirdə Şəki şəhərindən 100 nəfərədək yuxarı sinif şagirdləri, valideyn və müəllim kollektivi, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Şəki Şəhər Təhsil İdarəsinin rəsmi nümayəndələri iştirak edib. İştirakçılar peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində hazırda görülən tədbirlər,  peşə təhsil mərkəzinə qəbul qaydaları və müvafiq peşə təhsil mərkəzlərində mövcud imkan və xidmətlər barədə məlumat almaq imkanı qazanıblar.

“Açıq qapı” günləri Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilir. Layihə Azərbaycanda peşə təhsili müəssisələrinin əmək bazarının mövcud ehtiyaclarına uyğunlaşdırılması və cəlbediciliyinin artırılmasına kömək etmək məqsədi daşıyır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Azərbaycan: Aİ tərəfindən maliyyələşdirilən peşə təhsili müəssisələrində “Açıq qapı” günləri keçirilir