2010-cu ildə Kür daşqınları nəticəsində evləri və təsərrüfatları yararsız hala düşmüş Telişli sakinlərindən biri də Əkbər Salmanovdur. Onun təşəbbüsü ilə Avropa İttifaqı layihəsi 2,8 km uzunluğunda ana kanalın təmizlənməsinə və 1,5 km uzunluğunda kanal ilə suyun qəsəbəyə çatdırılmasına dəstək göstərdi. Layihənin fəaliyyəti nəticəsində 40 hektar əkin sahəsi, 30 hektar otlaq və 30-dan artıq həyətyanı sahə suvarma suyu ilə təmin edildi. 66 ailə bu fəaliyyətdən yararlandı.