Skip to main content

Şəki, Zaqatala və Balakən rayonlarında icra olunan Aİ layihələrinə Media-tur

12/09/2022

Sentyabrın 13-14-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalkonun Şəki, Zagatala və Balakən rayonlarına səfəri çərçivəsində media nümayəndələri üçün iki günlük tur təşkil ediləcəkdir.

Səfərin əsas məqsədi Aİ-nin Azərbaycan regionlarında həyata keçirdiyi layihələr barədə ictimai məlumatlandırmanı artırmaqdır.

Sentyabrın 13-də Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Zaqatala İcra Hakimiyyətinin Başçısı cənab Mübariz Əhmədzadə ilə görüşdən sonra Heydər Əliyev Mərkəzində keçiriləcək Fındıq yarmarkasında olacaq, Avropa İttifaqının maliyyələşdirdiyi “Yerli istehsalın təşviqi” layihəsinin “Yurdumun ləzzəti” stendinin açışılında içtirak edəcəkdir.

Həmin gün səfir Peter Mixalkonun fındıq istehsaçları ilə görüşü və “Coğrafi göstəricilərin yerli istehsalçılar üçün əhəmiyyəti və faydaları” adlı regional konfransda çıxışı da gözlənilir. Bu konfransda Avropa İttifaqı “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı” layihəsi ilə təmsil olunacaqdır.

Aİ-nin Balakən rayonunda həyata keçirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması, aqro-turizmin inkişafı” layihəsi ilə tanışlıq məqsədilə səfir bu rayonun Hənifə və Qazma kəndlərin benefiarlarla görüşəcəkdir.

Sentyabrın 14-də səfir Peter Mixalko Şəki İcra Hakimiyyətinin Başçısı cənab Elxan Usubov ilə görüşdən sonra “Şəkidə həssas icmalar üçün təcili startap dəstək” layihəsinin təqdimatında olacaq, benefisarlarla görüşəcəkdir. Daha sonra o, Şəkidə “COVID-19 Peyvəndinə Dəstək Layihəsi”nin tədris mərkəzinə baş çəkəcəkdir. Səfər çərçivəsində səfir Peter Mixalkonun cəmiyyətinin nümayəndələri ilə görüşü də gözlənilir.