Skip to main content

Avropa Şəhərciyi 2025 Bakıda!

20/06/2025

Avropa İttifaqı sizi “EuroVillage 2025” tədbirinə dəvət edir!

İyunun 22-də Bakı bulvarında təşkil olunacaq bu açıq hava festivalında Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri ilə tanış olacaq, onların mədəniyyəti, dəyərləri və ənənələrini kəşf edəcəksiniz.

Üstəlik:

🔹 Avropa İttifaqının Azərbaycandakı layihələri barədə məlumat alacaq;

🔹 Avropada təhsil imkanları ilə maraqlanacaq;

🔹 İdman və əyləncə zonalarında aktiv iştirak edə biləcəksiniz.

⚽ Sabah FK ilə mini futbol;

🏀 Basketbol meydançası;

🎯 Əyləncəli oyunlar və sürpriz hədiyyələr.

🎶Samira Efendi və Miles Band konsert proqramı ilə çıxış edərək əhvalınızı daha da yüksəldəcək.

Ailəniz və dostlarınızla birlikdə rəngarəng, maarifləndirici və əyləncəli bir gün keçirmək üçün sizi gözləyirik!

📍 22 iyun, Bakı Bulvarı (Dəniz Mall yaxınlığı)

🕐 Saat 13:00-dan etibarən

🎟️ Giriş sərbəstdir