“İrlandiyadan musiqilər”: İrlandiyanın Aİ Şurasındakı sədrliyinin saundtreki

İrlandiyanın 2026-cı ildə Avropa İttifaqı Şurasına sədrliyini qeyd etmək üçün sədrlik komandası İrlandiya musiqisinin rəngarəngliyini nümayış etdirən, sevilən klassik nümunələrdən və yeni kəşflərdən ibarət pleylist hazırlayıb. Musiqi siyahısı İrlandiya musiqisinin və onun ifadə müxtəlifliyinin zənginliyini tərənnüm etmək məqsədilə ölkənin musiqi kataloqundan diqqətlə seçilmişdir.
Bu pleylistdə “The Cranberries” qrupunun “Dreams” və “U2” qrupunun “Beautiful Day” kimi klassik kompozisiyaları ilə yanaşı, “CMAT”, “F3miii” və “Florence Road” kimi yeni nəsil İrlandiya sənətçilərinin hitləri də yer alır. Seçimə, həmçinin İrlandiya musiqisinin qlobal miqyasını əks etdirən “Kabin Crew” qrupunun “The Spark” və Hozier qrupunun “Too Sweet” kimi populyar mahnıları daxildir.
“The Gloaming” qrupunun “Samhradh Samhradh” kimi ənənəvi xalq mahnılarından tutmuş “B*Witched” qrupunun “C’est la Vie” kimi ikonik pop nümunələrinə qədər bu pleylist geniş janr spektrini əhatə edir və adanın dörd bir yanından olan İrlandiya musiqisinin ən tanınmış simalarını bir araya gətirir”, − İrlandiyanın Avropa İttifaqı Şurasındakı sədrliyinin mətbuat üçün açıqlamasında deyilir.
Pleylistə qulaq asmaq üçün buraya klikləyin və ya Spotify-da “Songs from Ireland” sözlərini axtarın.
Daha çox öyrənin
The post “İrlandiyadan musiqilər”: İrlandiyanın Aİ Şurasındakı sədrliyinin saundtreki appeared first on EU NEIGHBOURS east.