
İndi müraciət edin və “Gənc Avropa səfirlərindən” biri olun!

16-26 yaş aralığında olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Avropa İttifaqı və ya Böyük Britaniya vətəndaşları “Gənc Avropa səfirləri” təşəbbüsünə qoşulmaq üçün 12 oktyabr 2026-cı il tarixinədək müraciət edə bilərlər.
Ərizə qəbuluna 15 sentyabr tarixində “EU NEIGHBOURS east” layihəsi tərəfindən başlanıb. Ərizəçilər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Avropa İttifaqına üzv ölkələr, Böyük Britaniya və ya altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və ya Ukrayna) hər hansı birinin vətəndaşı olmalı;
- 16-26 yaş arası gənclər;
- İngilis dilini yaxşı səviyyədə bilməli;
- Aİ-nin fəaliyyəti və yaşadığı ölkənin Aİ ilə tərəfdaşlığı və əməkdaşlığı mövzularında maraqlı olmalı;
- ictimai diplomatiya və ideyaların təbliğinə yönəlmiş fəaliyyətlərdə maraqlı olmaq, bilik, bacarıq və məlumatları bölüşməyə hazır olmaq;
- öz ölkəsinin və cəmiyyətinin inkişafına töhfə verməkdə həvəsli olmalı;
- könüllülük fəaliyyətlərində maraqlı olmaq və vətəndaş cəmiyyətinin cəlb olunduğu fəaliyyətlərə kifayət qədər vaxt ayırmağa hazır olmalı.
Seçilmiş namizədlər onlayn və dialoqların əsas yer tutduğu tədbirlərdə iştirak edəcək, o cümlədən öz ölkələrinin gənclərini həm yerli, həm də xarici ölkələrdə keçirilən tədbirlərdə təmsil etmək imkanı qazanacaqlar. Daha ətraflı məlumatı YEAs təşəbbüsünün səhifəsində tapa bilərsiniz.
Müraciət etmək üçün ərizəçilər 12 oktyabr 2026-cı il tarixinə qədər bu ərizə formasını doldurub təqdim etməlidirlər.
Bu il 10-cu ildönümünü qeyd edən Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə üzv ölkələrdən olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir.
Daha çox öyrənin
YEA10 – yeni nəsil buradan başlayır: Gənc Avropa səfiri olun
Gənc Avropa səfirləri və tez-tez verilən suallar
Gənc Avropa səfirləri ilə tanış olun
The post İndi müraciət edin və “Gənc Avropa səfirlərindən” biri olun! appeared first on EU NEIGHBOURS east.