Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində IFRC Meta Korporasiyası ilə əməkdaşlıq çərçivəsində AzQAC üçün təlim təşkil edib
26 noyabr 2024-cü il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Meta Korporasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) üçün “Qızıl Xaç və Qızıl Aypara Hərəkatı üçün META platformaları” adlı təlim sessiyası təşkil etdi. Bu təlim Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində həyata keçirilib.
Sessiya IFRC-nin Azərbaycandakı Milli Cəmiyyətin İnkişafı üzrə Nümayəndəsi və hazırda Proqram və Əməliyyatlar üzrə Menecer vəzifəsini icra edən Aleksandr Mordovin tərəfindən açılış nitqi ilə başlayıb və Meta-nın ölkə üzrə tərəfdaşları Burak Karagöl, Sezen Yeşil və Naz Değirmenci tərəfindən davam etdirilib.
Birinci sessiyada Meta platformaları haqqında ətraflı məlumat təqdim edilərək, sosial media platformalarından effektiv istifadəyə dair ən yaxşı təcrübələr vurğulanıb. Daha sonra keçirilən hissədə iştirakçılara sosial media platformalarında reklam yerləşdirmə strategiyaları, Meta reklamlarının effektivliyini artırmaq yolları və reklam kampaniyalarının təsirinin ölçülməsi haqqında məlumatlar verilib.
Bu sessiya iştirakçılara kommunikasiya və təbliğat fəaliyyətlərini təkmilləşdirmək üçün Meta platformalarından istifadə bacarıqlarını artırmaqda dəyərli biliklər qazandırıb.