Skip to main content
Photo: European Union

"Homo Urbanus Europeanus" adlı sərgi keçirilir

27/05/2021

  • Mobillik və insanlararası əlaqə
  • Mədəniyyət

Mayın 20-də Bakıda Fransalı fotoqraf Jan Mark Karaççinin “Homo Urbanus Europeanus” adlı fərdi sərgisi açılıb.

Sərgi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən Avropa Günləri çərçivəsində təşkil edilir. 27 Avropa paytaxtının nümayiş olunduğu sərgi mayın 29-na qədər davam edəcək.

Açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas sərgidə Avropa müxtəlifliyinin əks olunduğunu bildirib. O əlavə edib ki, sərgi Avropa Gününü mükəmməl formada qeyd edərək “Avropaya hə” mesajını çatdırır.

“Homo Urbanus Europeanus” sərgisində şəhər fonunda çəkilmiş ayrı-ayrı simalar nümayiş olunur. Sərginin müəllifi Jan Mark Karaççi deyib ki, həmişə lazımi zaman, lazımi yerdə olan, incəliklə həkk olunmuş bu insan varlığı, bu siluet, şəhərə gözlənilməz gözəllik və əzəmət verir.

“Homo Urbanus Europeanus” layihəsinə 2007-ci ilin iyununda Bratislava şəhərində start verilib. Sərginin müəllifi indiyə qədər bu layihə çərçivəsində 43 Avropa paytaxtı və şəhərlərinə səfər edib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama