Aİ-nin maliyyə dəstəyi ilə BMT ƏKTT-nin (FAO) həyata keçirdiyi “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində Quba-Xaçmaz regionunda yeni əmtəə əsaslı aqrar məsləhət platforması (AMP) yaradılıb. Platforma gavalı bitkisinin becərilməsi ilə məşğul olan fermerlər üçün nəzərdə tutulub.
Bölgənin aqrar iqtisadiyyatında bu bitkinin rolu nəzərə alınaraq sözügedən aqrar məsləhət platforması Quba rayonunun Zərdabi icmasında fəaliyyətə başlayıb. Gavalı bağlarının sahiblərinin görüşündə qadın fermerlər də iştirak edərək, həmin platformadan ailə-fermer təsərrüfatlarına böyük dəstək gözlədiklərini bildiriblər.
Qeyd edək ki, bir müddət əvvəl layihənin ekspertləri Xaçmaz rayonunun Hacıəlibəy və Quba rayonunun Alekseyevka kəndlərində aqrar məsləhət platformasına qoşulan albalı və alma istehsalçılarına ağacların budanması və gübrələrdən istifadə ilə bağlı məsləhətlər veriblər.
Daha çox öyrən
Mətbuat üçün açıqlama
Original source: EU Neighbours east