ADA Tələbələri “Planetimiz Naminə” Kampaniyasında Şəhər Bağçılıq Həllərini Araşdırırlar
25/10/2024
1960-cı ildə dünyanın təxminən üçdə birinin şəhər mühitində yaşadığını bilirdinizmi? 2050-ci ilə qədər bu rəqəmin üçdə ikiyə çatacağı gözlənilir!
Avropa İttifaqının “Planetimiz naminə” kampaniyası çərçivəsində ADA Universitetində “Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin tələbələri ilə urbanizasiyanın təsiri barədə müzakirələr aparıldı. Bu proqram İtaliya-Azərbaycan Universiteti təşəbbüsü əsasında Bolonya Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Tələbələr kampaniya ilə yaxından tanış oldular və şəhər bağçılığı haqqında öz ideya və videolarını təqdim etmək imkanı qazandılar. Kampaniyanın məqsədi şəhər ərazilərində yaşıl sahələrin artırılması və kiçik miqyaslı kənd təsərrüfatını təşviq etmək üçün yeni fikirlər yaratmaqdır. Finala çıxmış tələbələr artıq kampaniyanın bir hissəsi kimi Avropa İttifaqının Nümayəndəliyi ilə birgə qısa videolar hazırlayacaqlar.