Euratom tədqiqat və təlim proqramının icra müddəti uzadılıb
- Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
- Enerji və enerji səmərəliliyi
- Ətraf mühit və iqlim dəyişikliyi
- Mobillik və insanlararası əlaqə
- Miqrasiya və mobillik
- Gənclər
- Təhsil və peşə təlimi
- Tədqiqat və innovasiya
Mayın 12-də Avropa İttifaqı Şurası 2021-2025-ci illər üçün Euratom Tədqiqat və Təlim Proqramının Nizamnaməsini qəbul edib. 1,38 milyard avrodan çox büdcəyə malik proqramın ittifaqın “Horizon Europe” adlı digər çərçivə proqramını tamamlayacağı nəzərdə tutulub.
Yeni proqram nüvə enerjisinə dair tədqiqatlara töhfə verəcəyi, o cümlədən Avropanın xərçəng xəstəliyi ilə mübarizəsini dəstəkləyəcəyi və Avropanın nüvə təcrübəsini və səriştəsini gücləndirəcəyi gözlənilir.
Proqram çərçivəsində irimiqyaslı, aşağı karbonlu elektrik enerjisi istehsalında uzunmüddətli seçim hesab olunan olan Termonüvə enerjisinin reallaşdırılması üzrə Avropa tədqiqat yol xəritəsinin icrasına dəstək veriləcək.
Proqram həmçinin yerdəyişmə, təhsil və təlim (Mariya Skladovskaya-Küri proqramının fəaliyyətləri sayəsində) və texnologiyalara dair məlumatların yayılması və ötürülməsi vasitəsilə Avropanın nüvə sahəsindəki təcrübəsini və səriştəsini ön plana çəkir.
Euratom proqramının hazırda davam edən layihələrindən biri HARMONIC layihəsidir (“Ürək Floroskopiyası və Müasir Radioretapiyanın Uşaq Sağlamlığına Təsiri”). Bu layihə Eurotom proqramının 7 milyon avro dəyərində maliyyə dəstəyi ilə və ittifaqa üzv olan 11 dövlətdən, Ukraynadan və İsveçrədən olan 24 tərəfdaşın rəhbərliyi ilə 2019-cu ildən etibarən icra olunur. Bu tədqiqat çərçivəsində radiasiya ilə əlaqəli diaqnostik və terapevtik prosedurların artan istifadəsi, pediatrik xəstələrdə erkən diaqnozun yaxşılaşdırılmasına kömək etmişdir.
Daha çox öyrən
Euratom tədqiqat və təlim proqramı