Skip to main content
Photo: European Union

EU4Youth proqramının tədbirində canlı müzakirələrə və mükafatlandırma mərasiminə qatılın

12/03/2021

  • Kəsişən sahələr
  • Vətəndaş cəmiyyəti
  • İqtisadi inkişaf və bazar imkanları
  • Məşğulluq və sahibkarlıq
  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • Mobillik və insanlararası əlaqə
  • Gənclər
  • Təhsil və peşə təlimi

İlk Şərq Tərəfdaşlığı (ŞT) EU4Youth günlərini qeyd etmək üçün Avropa Komissiyası martın 24-də EU4Youth proqramının tədbirini təşkil edir və gənclər siyasəti və Aİ-nin ŞT regionunda gənclərə dəstəyi məsələsində maraqlı olan istənilən şəxslər bu tədbirdə iştirak edə bilər. Virtual formatda təşkil olunacaq tədbirə qatılan gənc liderlər, milli və Avropa qanunvericiləri və vətəndaş cəmiyyəti nümayəndələri 2020-ci ildən sonrakı Şərq Tərəfdaşlığı proqramında gənclərin məşğulluğu, sahibkarlıq və siyasətlərin hazırlanmasında iştirak məsələlərini müzakirə edəcəklər.

Tədbirdə həmçinin regiondakı gəncləri dəstəkləmə sahəsində nailiyyətləri ilə tanınan EU4Youth layihələrinə, eləcə də komfort zonasından çıxaraq özləri və başqaları üçün yeni bir həyat qurmuş EU4Youth proqramının 15 tanınmış məzununa “EU4Youth Awards” mükafatı təqdim olunacaq. İctimai səsvermə və münsiflər heyətinin rəyindən sonra bu məzunlardan beşinə EU4Youth proqramının ictimai təsir üzrə mükafatı təqdim ediləcək. Beş qalib bacarıqlarını daha da artırmaq üçün iştirakçılara xüsusi mentorluq təmin etməyə yönəlmiş “EY SkillUp Your Future” proqramına qatılacaq. Bu mükafat, EY şirkətinin qlobal korporativ məsuliyyət proqramı olan “EY Ripples” vasitəsilə təqdim olunur.

EU4Youth proqramının tədbiri, 22-26 mart tarixlərində keçiriləcək Şərq Tərəfdaşlığı EU4Youth günləri çərçivəsində təşkil olunacaq. Bu, 2020-ci ildən sonrakı Şərq Tərəfdaşlığı proqramının ilk ilidir və “Gənclər üçün yeni təklif” adlı təşəbbüs gənclərə dəstək sahəsində əməkdaşlığın növbəti mərhələləri üçün mühüm rol oynayacaq. ŞT EU4Youth günləri, EU4Youth proqramının nailiyyətlərini tanıtmaq və “Gənclər üçün yeni təklif” təşəbbüsünün strateji prioritetlərini yüksək səviyyəyə çatdırmaq üçün ilk fürsətdir.

Tədbir haqqında ətraflı məlumatı ŞT EU4Youth günləri səhifəsində oxuya bilərsiniz. Bu səhifədə həmçinin ictimai səsvermədə iştirak edə və adı çəkilən mükafatın qaliblərini seçmək və iştirakçılara dəstək olmaq imkanı qazanacaqsınız.

Tədbir haqqında son məlumatlardan xəbərdar olmaq və canlı müzakirələrə töhfə vermək üçün isə Facebook tədbir səhifəsinə qoşulun.