Skip to main content
Photo: European Union

EU4Environment proqramı Azərbaycanda Resurslar baxımından səmərəli və ekoloji cəhətdən təmiz istehsal üzrə fəaliyyətlərə başlayır

18/06/2021

  • İqtisadi inkişaf və bazar imkanları
  • Məşğulluq və sahibkarlıq
  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları
  • Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
  • Enerji və enerji səmərəliliyi
  • Ətraf mühit və iqlim dəyişikliyi
  • Mobillik və insanlararası əlaqə
  • Tədqiqat və innovasiya

EU4Environment proqramı Azərbaycanda ilk dəfə olaraq mütəxəssislər və sənaye müəssisələrini Resurslar baxımından səmərəli və ekoloji cəhətdən təmiz istehsal (RECP) üzrə fəaliyyətlərə qoşulmağa çağırır. Bu fəaliyyətlər işçilərin və əlaqəli icmaların məhsuldarlığını və rifahını artırmaqla yanaşı, enerji və su daxil olmaqla mənbələrin istismarını azaltmaq məqsədi daşıyır. 

Seçilmiş müəssisələr və mütəxəssislər RECP metodologiyasından istifadə və müəssisələrin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə konkret tədbirlər işləyib hazırlamaq üçün praktiki təcrübə qazanacaqlar.

İlkin olaraq bu sahədə maraqlı olan ekspert və mütəxəssislərə RECP metodologiyasının Azərbaycanda KOB-lar sahəsində tətbiqi üzrə təlim keçiriləcək. Növbəti mərhələdə isə Azərbaycanda RECP layihələrinin reallaşdırılmasında maraqlı olan şirkətlər (istehsalla məşğul olan KOB-lar) cəlb olunacaq.

Azərbaycanda RECP layihələrinin həyata keçirilməsinə UNIDO Proqramının yerli tərəfdaşı olan konsorsium (buraya ACE Consultants Group və Azərbaycan Bank Tədris Mərkəzi daxildir) dəstək verəcək. İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri konsorsiuma rəhbərlik edəcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama